خبرگزاری شبستان

چهارشنبه ۷ تیر ۱۳۹۶

الأربعاء ٤ شوّال ١٤٣٨

Wednesday, June 28, 2017

Servis xəbərlərinin titri

İmam Zamanın (ə) dostlarının cərgəsinə qoşulmanın yolu

Şəbistan Xəbər Agentliyi: İmam Sadiq (ə) buyurur: “Hər kim İmam Mehdinin (ə) dostlarından olmaq istəyirsə, müntəzir olmalı və pərhizkarlığı (təqvanı) özünə peşə seçməlidir”.

Servis Əsas səhifə Zaman :   Monday, March 20, 2017 Xəbər kodu : 29367

Ananın haqqı daha üstündür
Şəbistan Xəbər Agentliyi: Valideynə ehtiram göstərmək - Allaha itaət etməkdən sonra gələn mühüm vəzifələrdən biridir, ananın haqqı isə daha böyükdür.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, valideynə ehtiram göstərmək - Allaha itaət etməkdən sonra gələn mühüm vəzifələrdən biridir.

 

Ananın haqqı o qədər böyükdür ki, hətta atanın haqqından da üstündür

 

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman müstəhəb namazda olursan, atan səni çağırsa, namazını kəsmə, ancaq əgər anan səni çağırırsa, namazını kəs!”.

 

. İmam Baqir (ə) buyurur: “Musa ibni Umran (ə) Allaha üç dəfə buyurur: “Pərvərfiagara! Mənə tövsiyə ver!”. Allah hər üç dəfədə buyurur: “Səni Özümə tövsiyə edirəm”. Yenə buyurur: “Allahım! Mənə tövsiyə ver!”. Buyurur: “Sənə ananı sifariş edirəm”. Musa (ə) buyurur: “Pərvərdigara! Mənə tövsiyə ver!”. Buyurur: “Sənə ananı sifariş edirəm”. Musa (ə) yenə buyurur: “Allahım! Mənə tövsiyə ver!”. Allah Təala buyurur: “Sənə atanı sifariş edirəm””. İmam Baqir (ə) davamında buyurur: “Ona görə deyirlər ki, ananın yaxşılıq etməkdə haqqı üçdə iki və atanın haqqı isə üçdə birdir”.

 

İmam Rza (ə) buyurur: “Bil ki, ananın haqqı ən lazımlı və vacib haqdır. Çünki o, övladını elə daşıyır ki, heç kəs başqasını belə daşımaz. O, qulağı, gözü və bütün üzvləri ilə övladını qoruyur. O, bu işindən şad halda övladını heç kimin dözə bilmədiyi səbirlə daşıyır”.

 

http://shabestan.ir/detail/News/617960

 

Açar sözlər:
|
|
|

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده