خبرگزاری شبستان

جمعه ۱۱ فروردین ۱۳۹۶

الجمعة ٤ رجب ١٤٣٨

Friday, March 31, 2017

Servis xəbərlərinin titri

On dörd yaşlı müsəlman Britaniya Universitetində müəllimdir

14 yaşlı müsəlman Yaşa Aslı Böyük Britaniyanın “Leicester" Universitetində müəllim kimi işə başlayıb.

Servis Əsas səhifə Zaman :   Monday, March 20, 2017 Xəbər kodu : 29365

Zənginlik və gözütoxluq – zühurun insana bəxş etdiyi sovqat
Şəbistan Xəbər Agentliyi: Həzrət Mehdinin (ə) hökuməti dünyanın heç bir mövcud hökumətinə oxşamır. Burada tək dini - mənəvi, təlim- tərbiyəvi baxımdan deyil, maddi baxımdan da insalar zəngin və ehtiyacsız olacaqlar.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Həzrət Mehdinin (ə) hökuməti dünyanın heç bir mövcud hökumətinə oxşamır. Burada tək dini - mənəvi, təlim- tərbiyəvi baxımdan deyil, maddi baxımdan da insalar zəngin və tox olacaqlar.

 

Həzrət Rəsulullah (s) buyurur: “Mehdi (ə) zühur edəndə Allah zənginliyi və ehtiyacsızlığı bəndələrin qəlbinə atar, belə ki, Mehdi (ə) deyər: Kim mal-dövlət istəyir? Bir nəfər də olsun belə gəlməz”.

 

عن النبی صل الله علیه وآله :« إذا خرج المهدی علیه السلام ألقی الله الغنی فی قلوب العباد حتی یقول المهدی: من یرید المال؟ و لا یأتیه أحد»

 

Qəti şəkildə iddia etmək olar ki, Həzrət Mehdinin (ə) hökuməti dünyanın heç bir mövcud hökumətinə oxşamır:

 

Əvvəla, həzrət Mehdi (ə) öz zühur dövründə İslamı tam mənada ədalət hökuməti proqramı olaraq bərpa etməlidir. Bildiyimiz kimi, İslam proqramları dünyanın heç bir mövcud hökumətinin proqramı ilə oxşar deyil.

 

İkincisi, dünyanın mövcud hökumətləri zülm-sitəm üzərində qurulmuşdur. Demokratik hakimiyyətlərdә haqq-ədalətə yox, çoxluğun rəyinə əsaslanır. Bu quruluşlarda azlıqların haqqı pozulur. Ədalətsizliyin aradan qaldırılması Mehdi (ə) hökumətinin əsas məqsədlərindəndir.

 

Üçüncüsü, dünyanın bütün mövcud quruluşları maddiyyat üzərində qurulmuşdur və bu quruluşlarda ilahi dəyərlər əsas götürülməmişdir. Həzrət Mehdinin (ə) hakimiyyəti isə mənəviyyat, insanın Allahla rabitəsi, cisim və ruhun tərbiyəsi üzərində qurulmuşdur. Bu səbəbdən də həzrətin hökumətinin bütün qanunları ilahi qanunlar olacaq.

 

Dördüncüsü, İmam Mehdinin (ə) hökumətində bəşəriyyətin bütün maddi və mənəvi ehtiyacları nəzərə alınır. Bu səbəbdən də rəvayətdə bildirilir ki, bu dövlət son dövlətdir

 

Həzrət Mehdi (ə) mal-mülkü necə bölüşdürəcək?

 

Həzrət Mehdinin (ə) proqramlarından biri də bərabərliyin qorunmasıdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Sizə Mehdi (ə) ilə müjdə verirəm. O mənim ümmətim arasından məbus olar... Göy və yer sakinləri onun gəlişinə sevinər. O mal-mülkü düzgün bölər – hamı arasında bərabər!”[769]

 

Hüzur əsrində xalqın iqtisadi durumu necə olar?

 

Bütün yer üzündə iqtisadi baxımdan rifah yaratmaq həzrət Mehdinin (ə) proqramlarındandır. Geriliyin və qıtlığın bir-biri ilə əlaqəli iki səbəbi var: dünyaya hakim olan istismarçı nizam; millətlərin zərərinə yönəlmiş hakim siyasət.

 

İmam Sadiq (ə) buyurur: “Bizim Qaim (ə) gələn zaman yer ilahi nurla işıqlanar... Siz zəkat verməyə adam axtararsınız. Onu sizdən qəbul edən tapılmaz. Bütün insanlar ilahi fəzl sаyәsindә ehtiyacsız olar.”

 

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənim ümmətim Mehdinin (ə) dövründə heç bir vaxt görmədiyi nemətə çatar. Həmin vaxt göydən bol yağış yağar, torpaq bəhrəsini gizləməz.”

 

http://shabestan.ir/detail/News/614571

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده