Servis Əsas səhifə |
|
Zaman : |
Monday, March 20, 2017 |
|
Xəbər kodu : |
29364 |
Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İmam Rza ziyarət kompleksinin idarə heyrətinin sədri höccətül - islam vəl - müslimin İbrahim Rəisi ziyarətgahdakı çıxışında bildirdi ki, Fatimeyi - Zəhra (s) Allahın bütün gözəl adlarının və sifətlərinin tam təcəlli və məzhəridir.
Əgər Həzrəti Zəhranın (s) nuraniyyəti sayəsində həyatı kövsər və bərəkətə çevrilmiyən bir insan olarsa, onun həyatı təkasur ,yəni dünyagərliyə, dəbdəbiyə, yersiz bəhslərə çevriləcəkdir.
İnsan bərəkətli həyat yaşamalıdır. Həyatını kübar əyləncələrinə çevirməməlidir. Bu, Həzrəti Zəhranın (s) yaşam tərzinə iqtidar etməklə mümkündür.
O daha sonra Həzrəti Zəhranın (s) yaşam tərzi və dini həyatın mənasından danışdı: Biz bu yaşam tərzinə kövsər həyat tərzi deyirik. Çaglıyan, qaynıyan, dini, bərəkətli, Fatimeyi - Zəhranın (s) həyatına sökənən bir həyat tərzi... Bu Fatimeyi - Zəhra (s) məktəbinin ardıcılı olmaq və həyatın bütün sahələrini Həzrəti Zəhranın (s) təlimlərinin nuru altında işıqlandırmaqdır.
Sonda höccətül - islam vəl - müslimin İbrahim Rəisi Fatimeyi - Zəhranı (s) aləmdəki bütün xeyirlərin sərçeşməsi saydı və Fatimeyi - Zəhra (s) zikrini Allahın bəşəriyyətə böyük bir tövhəsi hesab etdi, sonra isə belə dedi: Peygəmbərimiz (s) Həzrəti Zəhraya (s) iki yer və göy, yəni mülki və mələkuti hədiyyə bəxş etmişdir. Yer hədiyəsi, yəni mülki hədiyyə Fədək idi. Səmavi hədiyyə, yəni mələkutu hədiyyə isə Fatimeyi - Zəhranın (s) zikir və təsbihidir. Hər bir müsəlmana tapşırılıb ki, öz övladlarına bu zikirləri öyrətsin. Bu zikirlərdə İslam dininin inanc və təməl prinsiplər, həyatın və xilqətin məqsədi yatmışdır.
http://shabestan.ir/detail/News/618062