خبرگزاری شبستان

پنج شنبه ۲۳ آذر ۱۳۹۶

الخميس ٢٦ ربيع الأوّل ١٤٣٩

Thursday, December 14, 2017

Servis xəbərlərinin titri

İslami irşad və mədəniyyət nazirinin "Müdhammətan" Quran festivalına mesajı

Şəbistan xəbər agentliyi: İslami irşad və mədəniyyət naziri Seyyid Abbas Salihi "Müdhammətan" Quran müsabiqələrinin on ikinci dövrəsinin başlanması münasibəti ilə mesaj verdi.

Servis Əsas səhifə Zaman :   Monday, March 20, 2017 Xəbər kodu : 29363

Bayram günləri – “məscidlə peyvənd” üçün gözəl fürsət
Şəbistan Xəbər Agentliyi: Qədimdə adət belə idi ki, insanlar il təhvil olan zaman yeni ili qarşılamaq üçün məscidə gedərdilər. Camaat namazı qıldıqdan sonra qəbiristanlıga yollanar ,mərhumları yad edərdilər. Daha sonra isə şəhid ailələrinə baş çəkərdilər.

Ayətullah Seyyid Taha Musəvi Həştrudi Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində bildirdi ki, novruz bayramı tətilləri insanların mənəvi inkişafı üçün gözəl fürsətdir.

 

“Məscid insanın mənəvi yüksəlişində təsirli rola malik olduguna görə bu günlərdə məscid ilə əlaqələrimiz daha çox olmalıdır. Məscid insanların ruhi ehtiyaclarına cavab verən ən böyük mərkəzlərdən biridir. Çünkü insanlar ailədən sonra öz aramlıq, təhlükəsizlik, rahatlıq, inkişaf və dəyişiklərini məhz məsciddə hiss edib tapıllar.

Onlar məsciddə əməkdaşlıq, həmkarlıq, qrup şəkilində fəaliyyətlərinin nə oldugunu dərk edirlər.

 

İslam dinində məscidə yıgışan şəxslər bir - birinə qardaş hesab olunurlar. Onlar qardaşcasına məsciddə fəaliyyət göstərirlər. Nəticədə, bir - birinin halın tutur, vəziyyətindən xəbərdar olur, müşkilatlarını aradan qaldırmaq üçün səylər edirlər. Buna görə də, bütün məscidlər islam dinində ictimai məkan, əsl səngər rolunu oynayır.

 

Novruz günlərində biz məscidlə daimi baglılıgımızı yaradmaga çalışmalıyıq. Qədimdə adət belə idi ki, insanlar il təhvil olan zaman yeni ili qarşılamaq üçün məscidə gedərdilər. Camaat namazı qıldıqdan sonra qəbiristanlıga yollanar ,mərhumları yad edərdilər. Daha sonra isə şəhid ailələrinə baş çəkərdilər. Yeni ilin ilk təbriklərini şəhid ailələrinə deyərdilər. Bu məscidi insanların həyatının mehvəri edərdi.Mehr - məhəbbət, sileyi - rəhm məsciddən başlayardı.

 

http://shabestan.ir/detail/News/616296

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده