خبرگزاری شبستان

جمعه ۲۸ مهر ۱۳۹۶

الجمعة ٣٠ المحرّم ١٤٣٩

Friday, October 20, 2017

Servis xəbərlərinin titri

General - polkovnik Məhəmməd Baqiri Suriya prezidenti Bəşar Əsdlə görüşündə:

İİR-nın Suriya dövlət və xalqına dəstəyi davam edəcəkdir

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dəməşqdə Suriya prezidenti ilə görüşündə bu ölkədəki son durum barədə danışıqlar aparıb.

Servis Əsas səhifə Zaman :   Monday, March 20, 2017 Xəbər kodu : 29362

Fatimeyi Zəhra(s) müsəlman toplumuna nümunə kimi
Şəbistan Xəbər Agentliyi: Allah bu müqəddəs şəxsiyyətləri bizim üçün nümunə və ülgü vermişdir ki, həyatımızın məqsədini tanıyaq, yaşayışımızın yolunu bilək və o məsum şəxslərlə birlikdə dünya və axirət xoşbəxtliyinə nail olaq.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Məhəmməd Rza Nasiri Həzrəti Zəhranın (s) mövludu münasibəti ilə etdiyi çıxışında dedi: Həzrəti Zəhranın (s) həyatı bizim cəmiyyətimizə, xüsusən qadınlarımıza bir nümunədir. Məddahlar və varzlər bu sahədə təsirli rola malik ola bilərlər.

 

Əhli – beytin (ə) həyat tərzi bizim toplumumuz üçün olduqca önəmli və güclü təsirə malik ola bilər. Allah bu müqəddəs şəxsiyyətləri bizim üçün nümunə və ülgü vermişdir ki, həyatımızın məqsədini tanıyaq, yaşayışımızın yolunu bilək və o məsum şəxslərlə birlikdə dünya və axirət xoşbəxtliyinə nail olaq. Buna görə də, biz Allaha minnətdar olub sükur etməliyik ki, Həzrəti Zəhra (s) kimi şəxsiyyətləri bizə tanıtdırıb və onları nümunə götürməyi tapşırıb.

 

Biz o xanımın həyat tərzini öz həyatımıza tətbiq etməklə həyat yolumuzu tapa bilərik. Həzrəti Zəhranın (s) dəyər və qiyməti o qədərdir ki, sonuncu peygəmbər olan atası ona “Atası ona qurban olsun” deyir.

 

Güzəşt, Allahı ilə sıx baglılıq, əməldə ixlas, Allah bəndələrinə qaygı, Allahın bəndələrinə eşq - məhəbbət, hörmət və ehtiram xanım Fatimeyi - Zəhranın (s) xüsusiyyətlərindən idi. O sadə həyat tərzi və Allaha məhəbbəti praktiki olaraq öz həyatında tarixə və bizlərə göstərdi.

 

http://shabestan.ir/detail/News/618020

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده