خبرگزاری شبستان

پنج شنبه ۲۳ آذر ۱۳۹۶

الخميس ٢٦ ربيع الأوّل ١٤٣٩

Thursday, December 14, 2017

Servis xəbərlərinin titri

İslami irşad və mədəniyyət nazirinin "Müdhammətan" Quran festivalına mesajı

Şəbistan xəbər agentliyi: İslami irşad və mədəniyyət naziri Seyyid Abbas Salihi "Müdhammətan" Quran müsabiqələrinin on ikinci dövrəsinin başlanması münasibəti ilə mesaj verdi.

Servis Əsas səhifə Zaman :   Monday, March 20, 2017 Xəbər kodu : 29360

Həzrəti Zəhra (s) yoxsullara köməkdə və alicənab insanlara ehtiramda nümunədir
Şəbistan Xəbər Agentliyi: Ailələrimiz bilməlidir ki, xal – xalça, maşın, evin böyüklüyü ailənin bünövrəsin möhkəmləndirmir. Fədakarlıq, mehribanlıq və güzəşt ailəni möhkəm saxlayır

Höccətül - islam vəl - müslimin Ruhullah Vəli Nicat Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində Həzrəti Zəhra (s) barəsində bunları dedi: Həzrəti Zəhra (s) yaradılış aləminin ən böyük qadınıdır. Allah ona olduqca yüksək dəyər və məziyyət vermişdir.

 

Peygəmbərimiz (s) dünyadan gedməmişdən qabaq hələ Cəbraill Həzrəti Zəhra (s) nazil olardı. Peygəmbərimiz (s) buna görə də, bütün müsəlmanlara sifariş etmişdir ki, Həzrəti Zəhranın (s) qədrini bilsinlər.

 

Bu ilahi və müqəddəs xanım bütün insanlar və xüsusən qadınlar üçündə nümunədir. Çünkü o ailəsində ən gözəl qız, həyat yoldaşı üçün ən gözəl qadın, övladları üçün ən gözəl ana, ölkəsi üçün ən gözəl vətəndaş idi. Onun fəqirlərə və yoxsullara qaygı göstərməsi böyük şəxsiyyətlər, alicənab insanlara hörmətlə yanaşması misilsiz idi.

 

Xanımlarımız Həzrəti Zəhranın s) yolunu getsələr cəmiyyətimizdə boşanma halları, yersiz fikir ayrılıqları, ailədaxili münaqişələr, yersiz bəhslər və kübar həyat tərzi aramızdan gedər. Ailələrimiz bilməlidir ki, xal – xalça, maşın, evin böyüklüyü ailənin bünövrəsin möhkəmləndirmir. Fədakarlıq, mehribanlıq və güzəşt ailəni möhkəm saxlayır. Bu gün ailələr arasında əxlaq, sanki yoxa çıxıb. Əxlaq yenidən ailələrə qayıdmalıdır. Bu məsələ Həzrəti Zəhradan (s) örnək götürmə yolu ilə həll edilə bilər.

 

http://shabestan.ir/detail/News/532966

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده