خبرگزاری شبستان

پنج شنبه ۲۳ آذر ۱۳۹۶

الخميس ٢٦ ربيع الأوّل ١٤٣٩

Thursday, December 14, 2017

Servis xəbərlərinin titri

İslami irşad və mədəniyyət nazirinin "Müdhammətan" Quran festivalına mesajı

Şəbistan xəbər agentliyi: İslami irşad və mədəniyyət naziri Seyyid Abbas Salihi "Müdhammətan" Quran müsabiqələrinin on ikinci dövrəsinin başlanması münasibəti ilə mesaj verdi.

Servis Əsas səhifə Zaman :   Monday, March 20, 2017 Xəbər kodu : 29359

Yeni il gəncləri üçün daha artıq inkişaf və məşğulluq ili olacaq
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidenti Həsən Ruhani novruz təbrik -müraciətdə deyib: Başıuca İran üçün, bir-birimizin kənarında olmalıyıq. O, vurğulayıb: Yeni günəş ili əziz xalq üçün daha artıq inkişaf və İran gəncləri üçün daha artıq məşğulluq ili olacaq.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Prezident Administrasiyası vebsaytının məlumatına görə, Həsən Ruhani bu gün yeni günəş ili münasibətilə böyük İran xalqını, ölkə xaricində yaşayan iranlıları və Novruzu bayram edən bütün region xalqlarını təbrik edərək, bildirib ki, Novruzun hamıya müraciəti, küdurətlərin aradan götürülməsidir.

 

Ruhani əlavə edib: 1395-ci günəş ili "Müqavimət iqtisadiyyatı; təşəbbüs və əməl" siyasətlərinin icrası, eləcə də nüvə anlaşmasının icra mərhələsinə daxil olması ili idi və bu ikisi bir-birinin kənarında İran xalqı üçün müsbət rol oynaya bildi.

 

İran İslam Respublikası prezidenti həmçinin iranlı sənaye və kənd təsərrüfatı işçilərinə xüsusi təşəkkür edərək, vurğulayıb: Ötən ildə İranın sənaye və kənd təsərrüfatı məhsulları qiqqətəlayiq inkişafa malik olubdur.

 

İran İslam Respublikası prezidenti Həsən Ruhani sonra deyib: İran İslam Respublikası neft diplomatiyası, eləcə də şərəfli iranlı mühəndis və fəhlələrin səyləri sayəsində neft və qaz hasilatı sahəsindəki öncəki yerini geri ala bildi və bu, İran xalqının hüquqlarının bərpası deməkdir.

 

İran İslam Respublikası prezidenti İranın tibbi və elmi irəliləyişlərinə də toxunub və belə qeyd edib: İranlı alimlərin ciddi-cəhdilə İran İslam Respublikası ötən il dünyanın inkişaf etmiş ölkələri arasında elmi inkişaf baxımından birinci yeri əldə edibdir.

 

Ölkə prezidenti çıxışının digər bir hissəsində 1396-cı günəş ilində iki seçkinin keçirilməsinə toxunaraq, belə qeyd edib: Maksimum iştirak, sağlam rəqabət və qanuni seçkilər hamımızın nəzərində olmalıdır.

 

http://shabestan.ir/detail/News/618093

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده