خبرگزاری شبستان

چهارشنبه ۷ تیر ۱۳۹۶

الأربعاء ٤ شوّال ١٤٣٨

Wednesday, June 28, 2017

Servis xəbərlərinin titri

İmam Zamanın (ə) dostlarının cərgəsinə qoşulmanın yolu

Şəbistan Xəbər Agentliyi: İmam Sadiq (ə) buyurur: “Hər kim İmam Mehdinin (ə) dostlarından olmaq istəyirsə, müntəzir olmalı və pərhizkarlığı (təqvanı) özünə peşə seçməlidir”.

Servis Əsas səhifə Zaman :   Monday, March 20, 2017 Xəbər kodu : 29358

İmam Zaman ağa (ə) Novruzda zühur edəcəkdir?
Şəbistan Xəbər Agentliyi:Novruz bayramı ilə İmamın (ə) zühuru arasında sıx rabitə mövcuddur.

Novruz bayramı ilə İmam Zaman (ə.f) haqqında belə bir hədis mövcuddur ki, onu Məalla ibni Xənis nəql etmişdir və bu şəxs İmam Sadiqin (ə) etibar etdiyi dindar və alim insanlardan olmuşdur. O, vilayət yolunda şəhid olmuş və tənha kəs olmuşdur ki, İmam Sadiq (ə) onun qatilindən qisas almışdır. İmam (ə) qatili lənətləyir və həmin şəxs də o anda vəfat edir.

Məalla nəql edir ki, bir gün İmam Sadiqin (ə) yanına gəlmişdim və İmam (ə) mənə buyurdu: “Bilirsənmi ki, bu gün nə günüdür?”. Dedim: “O gündür ki, əcəmilər ona ehtiram qoyurlar”. İmam (ə) buyurdu: “Bu gün mühüm bir məsələ üçündür ki, sən bilmirsən”.

Məalla mərifət əhli olduğu üçün soruşur: “Sizin bu barədə göstərişinizi eşitmək mənim üçün bütün düşmənlərimin ölməyindən və ya dostlarımın və əzizlərimin ölüb-dirilməyindən daha mühümdür”.

İmam (ə) Novruz bayramını izah etməyə başlayır: “Novruz – o gündür ki, İbrahim Xəlil (ə) bütləri sındırdı. Novruz – o gündür ki, Peyğəmbər (s) tərəfdaşlarına Əmirəl-mömininlə (ə) beyət etməyi göstəriş verdi. O gündür ki, beyəti-saniyə, yəni Osmanın ölümündən sonra insanlar İmamla (ə) biyət etdilər. O gündür ki, bizim Məhdi (ə.f) onda zühur edəcəkdir. Allah Təala onu Dəccala qalib edəcəkdir. Əcəmilər bu günə hörmət edirlər, ancaq siz onun dəyərini bilmirsiniz”. (Tebyan)

Bu hədisdən belə qənaətə gəlmək olur ki, Novruz bayramı ilə İmamın (ə) zühuru arasında sıx rabitə mövcuddur. Biz deyirik ki, bayramdır. Bəs bayram hansı günə deyirlər? Hədislər buyurur ki, o gündə ki, Allah Təalaya qarşı günah işlənməz – həmin gün bayramdır.

Bəli, bayram o gündür ki, İmam Zaman ağa (ə.f) zühur edəcəkdir və Yer üzü ədalətə bürünəcəkdir. Ona görə əgər deyilərsə ki, Novruz – bayramdır, bu cəhətə görə bayramdır

Bu cəhətdən baxanda Novruz ilə İmam (ə.f) arasında həqiqətən də bir rabitə və əlaqə mövcuddur. Əks halda, müsəlmanların bayramları bəllidir: Fitr, Qurban, cümə günü, Qədir-Xum, Məbəs günləri kimi.

Hədislərdə Novruz adında dini bayram yoxdur. Ancaq İslam dini onunla müxalif deyildir.

Nəql edilir ki, İmam Zaman (ə.f) zühur edən zaman İslam dinini bütün evlərə daxil edəcəkdir, necə ki, isti və soyuq evə daxil olur. Bütün bəşər əhli bir dinə sitayiş edəcəkdir. Novruz bayramı da öz gəlişi ilə baharı bütün evlərə daxil edir və qəlbləri təravətləndirir, ruhları şadlandırır.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده