خبرگزاری شبستان

جمعه ۱۱ فروردین ۱۳۹۶

الجمعة ٤ رجب ١٤٣٨

Friday, March 31, 2017

Servis xəbərlərinin titri

On dörd yaşlı müsəlman Britaniya Universitetində müəllimdir

14 yaşlı müsəlman Yaşa Aslı Böyük Britaniyanın “Leicester" Universitetində müəllim kimi işə başlayıb.

Servis Əsas səhifə Zaman :   Monday, March 20, 2017 Xəbər kodu : 29357

Sülh və birlik qədimdən Novruzu bayram edən mötədil xalqların arzusu olmuşdur
Şəbistan Xəbər Agentliyi: Həsən Ruhani Novruzu baryam edən regionun on bir ölkəsinin başçılarına təbrik məktubu göndərib

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İran İslam Respublikası prezidenti göndərdiyi ayrı-ayrı müraciətlərdə Azərbaycan Respublikası, Əfqanıstan, Tacikistan, Pakistan, Türkmənistan, Ermənistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Hindistan və Özbəkistan başçılarını 1396-cı günəş ilinin və Novruz bayramının gəlib çatması münasibətilə təbrik edib.

Prezident Administrasiyası vebsaytının məlumatına görə, Həsən Ruhani Novruzu baryam edən regionun on bir ölkəsinin başçılarına xitab etdiyi müraciətlərdə yazıb: Novruz ən gözəl təbiət şənliyidir ki, qışdan bahara keçərək, ümid və təravəti müjdə gətirir. O, sonra bildirib: Bu bayram mötədillik, asayiş, səmimilik, işıqlıq, bolluq və təravət simvoludur ki, Allah-Taala insana bəxş edibdir.

Ruhani qədim Novruz regionunda sülh və birliyin mötədil xalqların arzusu olduğunu bildirərək, deyib: Müasir dünya hər zamandakından daha çox elə bir ümidə ehtiyaclıdır ki, onun sayəsində məhəbbət, eşq və səmimiliyə dəyər verilsin və ölkələri qarşıdurma yerinə, anlaşmaya dəvət etmiş olsun.

İran İslam Respublikası prezidenti əlavə edib: Xalqlar ümid, sülh və asayişə söykənərək, birlik və qarşılıqlı anlaşma sayəsində, məhsulu, terrorizm olan qəbiləvi ifratçılıq və dindən tərsinə anlayışdan irəli gələn çirkin və xoşagəlməz sima ilə mübarizə apara bilərlər.

Ruhani Azərbaycan Respublikası, Əfqanıstan, Tacikistan, Pakistan, Türkmənistan, Ermənistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Hindistan və Özbəkistan başçılarına ünvanlanmış müraciətinin sonunda bu ölkələrin xalqlarına şadlıqla dolu il arzulayıb.

 

http://shabestan.ir/detail/News/618086

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده