خبرگزاری شبستان

پنج شنبه ۲۳ آذر ۱۳۹۶

الخميس ٢٦ ربيع الأوّل ١٤٣٩

Thursday, December 14, 2017

Servis xəbərlərinin titri

İslami irşad və mədəniyyət nazirinin "Müdhammətan" Quran festivalına mesajı

Şəbistan xəbər agentliyi: İslami irşad və mədəniyyət naziri Seyyid Abbas Salihi "Müdhammətan" Quran müsabiqələrinin on ikinci dövrəsinin başlanması münasibəti ilə mesaj verdi.

Servis Əsas səhifə Zaman :   Monday, March 20, 2017 Xəbər kodu : 29356

Xalqın və rəhbərliyin məmurlardan tələbi istehsal və iş yerləridir
Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər İran təqvimi ilə yeni ilin başlaması münasibəti ilə televiziaya vasitəsilə xalqa müraciət edib

ŞƏBİSTAN xəbər agentliyinin verdiyi xəbərə görə, Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei 1396-cı yeni "Hicri-Günəş" (Hicri-Şəmi) ilini "Müqavimətçi İqtisadiyyat: İstehsal – Məşğulluq" ili adlandırıb və xalqın dövlət məsullarından istehsal və məşğulluq üzərində mərkəzləşmələrini tələb etdiyini vurğulayıb.

İran İslam İnqilabının Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei 1396-cı yeni "hicri-şəmsi" ilinin daxil olması münasibəti ilə İran xalqına və dövlət məsullarına ismarıc ünvanladı.

Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei Həzrət Zəhranın (s) mübarək mövludu və Bahar bayramı münasibəti ilə İran xalqına, şəhid və qazi ailələrinə, eləcə də Novruz bayramını qeyd edən bütün xalqlara təbrik deyərək, İran xalqı və bütün İslam dünyası üçün Allah- Taaladan sağlamlıq, təhlükəsizlik, rifah, ruzi və bərəkət arzuladı.

İran İslam İnqilabının Ali Dini Lideri keçən "günəş ili"nin acılı və şirinli günlərini İran milləti üçün xatirə hesab etdilər və keçən ildə (1395 / 2016) baş verən bəzi mühüm hadisə və problemlərə və həmçinin bəzi rifah amillərinə işarə edərək dedi: 1395-ci ildə İranın və bizim əziz xalqımızın başıucalığı bütün il boyu müşahidə olunurdu-ilin əvvəlindən ilin sonunadək.

İnqilab Rəhbərinin 1396-cı günəş ili müraciətinin tam mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Ya Muqəllibəl Qulubi Vələbsar, Ya Mudəbbirəl Ləyli Vənnəhar, Ya Muhəvviləl Hauli Vələhval, Həvvil Haləna İla Əhsənil Hal.

Allahu Məsəlli Əla Fatimətə və Əbiha və Bəələha və Bəniha.

Həzrət Fatimeyi-Zəhra, Seddiqeyi-Kübra(s.ə)-nın mübarək mövludu və Novruz bayramı münasibətilə siz əziz həmvətənlərin hamınızı təbrik edirik.

Bayramınız mübarək olsun, əziz həmvətənlər, böyük İran xalqı, əziz gənclər, müxtəlif xalq təbəqələri.

Xüsusən şəhidlər, müharibə əlilləri və döyüşcülərin əziz ailələrini təbrik edirəm. Həmçinin Novruz bayramı ilə tanış olaraq, onu qeyd edən bütün xalqları təbrik edirəm

Bir daha siz əziz İran xalqını Novruz bayramı münasibətilə təbrik etmək fürsəti verdiyinə görə, Allah-Taalaya şükr edirəm.

Ümid edirik ki, çox yaxşı, mübarək, bərəkətli, həmçinin təhlükəsizlik və rifahla yanaşı bir il İran xalqına qismət və 1396-cı il inşaallah, bütün İran xalqı və dünya müsəlmanları üçün xoş bir il olsun.

Bütün iranlı ailələr və bütün əziz iranlılar bu anda başlanan bu ildə ilahi lütfkarlıq, rəhmət və bərəkətə şamil olmuş olsunlar.

Əgər ötən 1395-ci il barədə bir dəyərləndirmə aparmaq istəsək, deməliyik ki, o il də digər illər kimi, sevinc və kədərlərə, acılıq və şirinliklərə malik olub. Məqsəd, xalqa aid olan acılıq və şirinliklərdir. Şəxsi məsələlər nəzərdə tutulmur.

Ötən ildə həm şirinliyə, şadlığa malik olmuşuq və bu şadlıq milli izzətə və milli təhlükəsizliyə, İran xalqı arasında gənc əhval-ruhiyyəli ciddi-cəhdə və ölkənin hər yerini əhatə edən mömincəsinə hərəkətlərə aid idi.

Acılıqlara da malik olmuşuq ki, başlıca olaraq, iqtisadi və ictimai məsələlərə aid olur ki, onlara işarə edəcəyəm.

1395-ci ildə İranın və bizim əziz xalqımızın başıucalığı bütün il boyu müşahidə olunurdu-ilin əvvəlindən ilin sonunadək.

Bizim, dünyanın hər yerində olan düşmənlərimiz, İran xalqının qüdrəti və əzəmətini etiraf etdilər. İran xalqının mahiyyəti bu ilin bütün müxtəlif hadisələrində özünü göstərdi.

Amerika prezidenti tərəfindən İran İslam Respublikasına edilmiş bir hörmətsizliklə xalq şövq, ciddi-cəhd və qeyrətlə 22 bəhməndə onun cavabını verdi.

Qüds günündə və mübarək Ramazan ayında xalqın əzəmətli iştirakı bu ölkənin mahiyyəti və hədəflərini bütün dünyaya göstərdi.

Bu təlatümlərlə dolu regional, həm də beynəlxalq mühitdə ölkənin təhlükəsizliyi İran xalqı üçün son dərəcə böyük və başlıca bir göstərici idi.

Bu gün bizim ətrafımızda, bizimlə qonşu olan ölkələrdə, ölkənin şərqindən və cənub-şərqindən ölkənin şimal-qərbinədək olan ölkələr əmin-amansızlığa düçardırlar. Regionun özü əmin-amansızlığa düçardır. İran xalqı əlhəmdulillah, il boyu sabit bir təhlükəsizliyi təcrübə etdi.

İşarə etdiyim gənclik təşəbbüsü bütün ölkədə minlərlə gənc qrupun fəaliyyətləri ilə bağlı müşahidə və məlumatlardan qaynaqlanır. Belə ki, onlar istər elmi sahələrdə, istər mədəni sahələrdə, istər idman sahələrində, istərsə də istehsal sahələrində möhtəşəm fəaliyyətlərini davam etdirir, işlərlə məşğuldurlar, yeni işlər və yeni təşəbbüsləri təqdim edir və ölkənin gələcəyi üçün ehtiyata şərait yaradırlar.

İşarə etdiyim mömincəsinə hərəkətlərdə məqsəd, bütün il boyu mövcud olan əzəmətli, səmimi və dolğun dini iclaslar, Əimmə (ə)-la əlaqədar məsələlər, önəmli dini mövzularla əlaqədar məsələlər, etikaflar, ibadətlər, Ramazan ayı, Ərbəin yürüşü, həmçinin Aşura, Məhərrəm ongünlüyünün önəmli toplantılarıdır. Bunlar ölkəmiz və xalqımız üçün müsbət və şadlıq yaradan nüanslardır.

Acılar və çətinliklər əsasən xalqın iqtisadi və məişət problemləri ilə əlaqədardır. Orta və zəif kütlələr il ərzində bu problemlərlə qarşılaşmış və indi də qarşılaşırlar. Çünki xalqın vəziyyətindən məlumatım olduğu üçün acılıqları bütün vücudumla hiss edirəm. Vətəndaşların, xüsusilə də zəif vətəndaşların, yoxsul və aşağı kütlələrin acı vəziyyəti. Bütün bunlar iqtisadi problemlər və iqtisadi məsələlərlə əlaqədardır. Bahalıq kimi, işsizlik kimi, ictimai zərərlər kimi. Bunların da əsasən iqtisadi mənşəyi vardır. Ayrı-seçkilik və bərabərsizliklər kimi.

Biz hamımız məsuluq, həm Allahın yanında, həm də xalqın yanında cavabdeh olmalıyıq.

Mən 95-ci ildə olan Təşəbbüs və Əməl ilində hörmətli rəsmilərdən istədim ki, Təşəbbüs və Əməl Komissiyası təşkil etsinlər və onlar da təşkil etdilər. Xoşbəxtlikdən, müsbət işlər də görüldü. Belə ki, onun hesabatını bizə verdilər. Lakin həyata keçirilən işlərin xalqın gözləntisi və bizim gözləntimizlə uzaq məsafəsi vardır.

Çıxışımda izah edəcəyəm ki, rəsmilər tərəfindən təqdim olunan bəzi göstəricilər və statistikalar müsbət statistikalardır. Və məsul şəxslərin özləri tərəfindən təqdim olunan bəzi statistikalar isə, mənfi statistikalardır. Bunları ümumilikdə müşahidə etmək lazımdır.

Müqavimət İqtisadiyyatı bir topludur. Bu toplu, əgər sadəcə Müqavimət İqtisadiyyatı adı altında diqqət mərkəzində durarsa, mümkündür ki, o qədər də təsir mənşəyi olmasın. Mən çarəni bunda görürəm ki, bu toplunu önəmli nöqtələrə bölək və hər bir önəmli və əsaslı nöqtə üçün zamanın bir hissəsini ayıraq. Və rəsmilərdən, əsas şəxsiyyətlərdən və xalq kütlələrindən istəyək ki, bütün səylərini o əsaslı nöqtələr üzərində cəmləsinlər.

Fikrimcə, çarə bundadır ki, bu il bu əsaslı nöqtəni düzgün müəyyənləşdirək. Mənim qənaətimcə, bu əsaslı nöqtə istehsal, daxili istehsal və məşğuliyyət, əsasən də gənclərin məşğuliyyətidir. Bunlar o əsaslı və önəmli nöqtələrdir.

Əgər bu iki nöqtə üzərində diqqətimizi cəmləyə bilsək və işləri buna əsasən, proqramlaşdıra və tənzimləyə bilsək, belə təsəvvür olunur ki, iş böyük ölçüdə irəliləyəcəkdir. Və gözə çarpacaq və hiss olunacaq müvəffəqiyyətlər əldə olunacaq.

Mən çıxışımda inşallah, izah edəcəyəm, bu, iki əsaslı və önəmli nöqtə ilə əlaqədardır.

Buna görə, mən bu ilin şüarını Müqavimət İqtisadiyyatı; İstehsal və Əmək adlandırıram. Yəni Müqavimət İqtisadiyyatı ümumi bir ünvandır. Sonra, istehsal və əmək. Bu bir nöqtələr toplusudur ki, hamı diqqətini onun üzərində cəmləməlidir. Hörmətli rəsmilərdən mənim tələbim və xalqın tələbi budur ki, bu iki nöqtə üzərində təmərküzləşsinlər və işləri proqramlaşdırma ilə yerinə yetirsinlər. Və inşallah, ilin sonunda onun nəticələrini xalqa hesabat verə biləcəklər.

Ümidvaram, sizin hamınız Həzrət Bəqiyyətəllah (ərvahuna fidah)ın inayətləri altında, şəhidlərin pak ruhları və böyük imamın duası ilə yaxşı və şad, və təhlükəsizlik və rifahla yanaşı ildən faydalanasınız. Və onunla birlikdə olasınız.

Vəssəlamu ələykum vərəhmətullahi vəbərəkatuh

 

http://shabestan.ir/detail/News/618091

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده