خبرگزاری شبستان

سه شنبه ۲ خرداد ۱۳۹۶

الثلاثاء ٢٧ شعبان ١٤٣٨

Tuesday, May 23, 2017

Servis xəbərlərinin titri

Bizim seçkilərin mesajı milli birlik və beynəlxalq dialoq idi

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidenti deyib: İran xalqı cümə seçkilərində dünya demokratiyalarının ən yüksək səviyyəsində iştirak etdi.

Servis Əsas səhifə Zaman :   Monday, March 20, 2017 Xəbər kodu : 29354
"Müqavimətçi İqtisadiyyat: İstehsal – Məşğulluq"
Ali Dini Lider yeni Hicri- Günəş ilini belə adlandırdı
Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei 1396-cı yeni "Hicri-Günəş" (Hicri-Şəmi) ilini "Müqavimətçi İqtisadiyyat: İstehsal – Məşğulluq" ili adlandırdı.

ŞƏBİSTAN xəbər agentliyinin verdiyi xəbərə görə, Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei 1396-cı yeni "Hicri-Günəş" (Hicri-Şəmi) ilini "Müqavimətçi İqtisadiyyat: İstehsal – Məşğulluq" ili adlandırıb və xalqın dövlət məsullarından istehsal və məşğulluq üzərində mərkəzləşmələrini tələb etdiyini vurğulayıb.

O bu gün xalqa tele- müraciətində deyib:

“Müqavimət İqtisadiyyatı bir topludur. Bu toplu, əgər sadəcə Müqavimət İqtisadiyyatı adı altında diqqət mərkəzində durarsa, mümkündür ki, o qədər də təsir mənşəyi olmasın. Mən çarəni bunda görürəm ki, bu toplunu önəmli nöqtələrə bölək və hər bir önəmli və əsaslı nöqtə üçün zamanın bir hissəsini ayıraq. Və rəsmilərdən, əsas şəxsiyyətlərdən və xalq kütlələrindən istəyək ki, bütün səylərini o əsaslı nöqtələr üzərində cəmləsinlər.

Fikrimcə, çarə bundadır ki, bu il bu əsaslı nöqtəni düzgün müəyyənləşdirək. Mənim qənaətimcə, bu əsaslı nöqtə istehsal, daxili istehsal və məşğuliyyət, əsasən də gənclərin məşğuliyyətidir. Bunlar o əsaslı və önəmli nöqtələrdir.

Əgər bu iki nöqtə üzərində diqqətimizi cəmləyə bilsək və işləri buna əsasən, proqramlaşdıra və tənzimləyə bilsək, belə təsəvvür olunur ki, iş böyük ölçüdə irəliləyəcəkdir. Və gözə çarpacaq və hiss olunacaq müvəffəqiyyətlər əldə olunacaq.

Mən çıxışımda inşallah, izah edəcəyəm, bu, iki əsaslı və önəmli nöqtə ilə əlaqədardır.

Buna görə, mən bu ilin şüarını Müqavimət İqtisadiyyatı; İstehsal və Əmək adlandırıram. Yəni Müqavimət İqtisadiyyatı ümumi bir ünvandır. Sonra, istehsal və əmək. Bu bir nöqtələr toplusudur ki, hamı diqqətini onun üzərində cəmləməlidir. Hörmətli rəsmilərdən mənim tələbim və xalqın tələbi budur ki, bu iki nöqtə üzərində təmərküzləşsinlər və işləri proqramlaşdırma ilə yerinə yetirsinlər. Və inşallah, ilin sonunda onun nəticələrini xalqa hesabat verə biləcəklər”.

http://shabestan.ir/detail/News/618060

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده