خبرگزاری شبستان

جمعه ۲۸ مهر ۱۳۹۶

الجمعة ٣٠ المحرّم ١٤٣٩

Friday, October 20, 2017

Servis xəbərlərinin titri

General - polkovnik Məhəmməd Baqiri Suriya prezidenti Bəşar Əsdlə görüşündə:

İİR-nın Suriya dövlət və xalqına dəstəyi davam edəcəkdir

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dəməşqdə Suriya prezidenti ilə görüşündə bu ölkədəki son durum barədə danışıqlar aparıb.

Servis Əsas səhifə Zaman :   Monday, March 20, 2017 Xəbər kodu : 29353

Dinimizn Novruz bayramı tövsiyyələri
Şəbistan Xəbər Agentliyi: Hədisdə deyilir ki, bu namazı göstərilən şəkildə qılan adamın bir çox günahları bağışlanar. Novruz günündə ”ya zəl-cəlali vəl-ikram“ zikrini çox söyləmək də tövsiyə edilib.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Müəlla ibn Xüneys adlı ravi Imam Sadiqdən (ə) rəvayət edib ki, o həzrət Novruz günündə qüsl almağı, təmiz libas geyinməyi, ətir vurmağı və oruc tutmağı tövsiyə etmişdir. Həmçinin, Imam Sadiqin (ə) tövsiyəsinə görə, Novruz günündə zöhr və əsr namazlarını, onların nafilələrini (yəni vacib namazdan əlavə qılınan müstəhəb namazları) qılandan sonra daha dörd rükət namaz qılmaq müstəhəbdir. Şeyx Abbas Qummi ”Məfatihül-cinan“ kitabında yazır ki, bu namaz iki ədəd qoşa rükət şəklində qılınır, yəni ikinci və dördüncü rükətlərdən sonra salam deyilir. Namazın birinci rükətində Fatihə surəsindən sonra 10 dəfə Qədr surəsi, ikinci rükətində Fatihədən sonra 10 dəfə Kafirun surəsi, üçüncü rükətdə Fatihədən sonra 10 dəfə Ixlas (Qül hüvəllah) surəsi, dördüncü rükətdə isə Fatihədən sonra hərəsi 10 dəfə olmaqla Fələq və Nas surələri oxunur. Namazı bitirdikdən dərhal sonra şükr səcdəsi etmək və səcdə halında bu duanı oxumaq məsləhətdir: ”Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmmədinil-övsiyail-mərziyyin. Və əla cəmii ənbiyaikə və rüsülikə bi-əfzəli sələvatik. Və barik əleyhim bi-əfzəli bərəkatik. Və səlli əla ərvahihim və əcsadihim. Allahümmə barik əla Mühəmmədin və ali Mühəmməd. Və barik ləna fi yövmina hazəl-əlləzi fəzzəltəhü və kərrəmtəhü və şərrəftəhü və əzzəmtə xətərəh. Allahümmə barik li fima ən’əmtə bihi əleyyə hətta la əşkürə əhədən ğeyrək. Və vəssi əleyyə fi rizqi ya zəl-cəlali vəl-ikram. Allahümmə ma ğabə ənni fəla yəğibənnə ənni övnükə və hifzük. Və ma fəqədtü min şey’in fə la tüfqidni övnəkə əleyhi hətta la ətəkəlləfə ma la əhtacü ileyh. Ya zəl-cəlali vəl-ikram“.

 

Tərcüməsi: ”Ilahi, Sənin salavatın olsun Mühəmmədə və Mühəmmədin nəslinə – Allahın razı olduğu canişinlərə. Sənin ən üstün salavatın olsun bütün peyğəmbərlərinə və elçilərinə. Onları ən gözəl bərəkətlə mübarək et, onların ruhuna və bədəninə Sənin salavatın olsun. Ilahi, Sənin bərəkətin olsun Mühəmmədə və Mühəmmədin nəslinə. Sənin üstünlük verdiyin, kəramət və şərəf bəxş etdiyin, məqamını yüksəltdiyin bu günümüzü bizə mübarək et. Verdiyin nemətləri mənə mübarək et ki, Səndən başqasına şükr etməyim. Mənim üçün ruzini artır, ey cəlal və kərəm sahibi! Ilahi, hər nə məndən gizli qalsa da, Sənin yardımın və müdafiən məndən gizli qalmasın (uzaq olmasın)! Allahım, hər şeyi itirsəm də, təki Sən öz yardımını məndən əsirgəmə! Ehtiyacım olmayan işlər barədə özümü əziyyətə salmayım. Ey cəlal və kərəm sahibi!“.

 

Hədisdə deyilir ki, bu namazı göstərilən şəkildə qılan adamın bir çox günahları bağışlanar. Novruz günündə ”ya zəl-cəlali vəl-ikram“ zikrini çox söyləmək də tövsiyə edilib.

 

İl təhvil olan anda bu duanı oxumağın da savabı var: ”Ya müqəllibəl-qülubi vəl-əbsar. Ya müdəbbirəl-leyli vən-nəhar. Ya mühəvviləl-hövli vəl-əhval. Həvvil haləna ila əhsənil-hal“. Tərcüməsi: ”Ey qəlblərin dəyişməsini və gözlərin hərəkətini idarə edən Allah! Ey gecəni gündüzlə ard-arda əvəzləyən Allah! Ey vaxtları və əhvalları dəyişdirən Allah! Bizim halımızı yaxşılığa doğru dəyiş!“

 

http://shabestan.ir/detail/News/618050

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده