خبرگزاری شبستان

جمعه ۲۸ مهر ۱۳۹۶

الجمعة ٣٠ المحرّم ١٤٣٩

Friday, October 20, 2017

Servis xəbərlərinin titri

General - polkovnik Məhəmməd Baqiri Suriya prezidenti Bəşar Əsdlə görüşündə:

İİR-nın Suriya dövlət və xalqına dəstəyi davam edəcəkdir

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dəməşqdə Suriya prezidenti ilə görüşündə bu ölkədəki son durum barədə danışıqlar aparıb.

Servis Əsas səhifə Zaman :   Sunday, March 19, 2017 Xəbər kodu : 29351

Ali Rəhbərin bu il işlətdiyi ən məhşur cümlə
Şəbistan Xəbər Agentliyi: “ABŞ nüvə sazişini cırarsa, İran sazişə od vuracaq” - Ayətullah Seyid Əli Xameneinin bu cümləsi İran təqvimi ilə bu ilin ən önəmli çümləsi seçilib.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, “KHAMENEI.IR” saytı ictimai rəy sorğuzu ilə Ayətullah Seyid Əli Xameneinin İran təqvimi ilə bu il, yəni 1395 – ci ildə işlətdiyi ən önəmli çümləsini müəyyən edib.

 

Daha çox xal qazanana aşağıdakı cümə olub:

 

“Qarşı tərəf nüvə sazişini cırarsa, biz ona od vurarıq”

 

Ayətullah Seyid Əli Xamenei 15.06.2016 tarixli çıxışında Iranın nüvə müzakirələri mövzusuna da toxunaraq bildirib:

 

 “Həm müxalif, həm də müvafiq olan tərəflərdən mübaliğə mövqelər sərgilənib. Həm tərifləyənlər, həm qınayanlar öz sözlərində mübaliğə ediblər. Bu razılaşmanın həm müsbət, həm də mənfi tərəfləri var idi. Üstün cəhəti bu idi ki, İslam Respublikasını müzakirələrə çəkdi. Mənfi cəhəti isə bizim daima qorxduğumuz bir məsələdir bu da qarşı tərəfin zatının pis olması və əhdə vəfa etməməsidir. Bizim razılıq barədə dediklərimiz müzakirə heyətimizlə yox, qarşı tərəflə bağlıdır. İslam Respublikası ilk olaraq bu razılığı pozan tərəf olmayacaqdır, çünki əhdə vəfa etmək Quranın göstərişidir. Lakin ABŞ prezidentliyinə namizəd olanların razılığı cırmaq təhdidi reallaşarsa, İslam Respublikası bu razılığı yandıracaqdır. Bu da onların əhdə vəfa etməmələrinin qarşılığıdır. Qarşı tərəfin vəzifəsi sanksiyaların qaldırılması idi ki, reallaşmadı. Bəzi sanksiyalar dildə götürülsə də, əməli baxımdan heç bir dəyişiklik baş verməyib. Amerikalılar ilkin sanksiyaları olduğu kimi saxlayıblar. Ölkə məsulları bu məsələyə diqqət etsinlər və sanksiyaların qaldırılmasını təkrar etməsinlər. ABŞ tərəfi dildə, bankların İranla əlaqəsində heç bir maneənin olmadığını desələr də, əməldə elə bir addım atırlar ki, banklar bu əlaqəni yaratmaq üçün cürət tapmırlar. Biz verdiyimiz sözlərin hamısına sadiqik və 20% zənginləşdirməmizi dondurduq.”

 

http://shabestan.ir/detail/News/618039

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده