خبرگزاری شبستان

جمعه ۱۱ فروردین ۱۳۹۶

الجمعة ٤ رجب ١٤٣٨

Friday, March 31, 2017

Servis xəbərlərinin titri

On dörd yaşlı müsəlman Britaniya Universitetində müəllimdir

14 yaşlı müsəlman Yaşa Aslı Böyük Britaniyanın “Leicester" Universitetində müəllim kimi işə başlayıb.

Servis Əsas səhifə Zaman :   Sunday, March 19, 2017 Xəbər kodu : 29349

Həzrəti Zəhranın (s) bəşəriyyətə dərsi – cəmiyyətdən yabanı alaq otlarını təmizləmək
Şəbistan Xəbər Agentliyi: Həzrəti Zəhra (s) həyatını xalqın həyatına sərf etmişdi. İnsanların və toplumun səadət və xoşbəxtliyini istəyərdi. Bunu həyatının dəgdəgəsinə çevirmişdi.

Höccətül - islam vəl - müslimin Əli Məhəmməd Baqi Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində Həzrəti Fatimənin (s) bütün bəşəriyyətə fərdi və ictimai sahədə örnək ola biləcəyini dedi: Fatimeyi - Zəhranın (s) ibadətinə, imamsevərliyinə, insani keyfiyyət və səciyyələrinə toxunan ruhani bildirdi ki, onun ailə tərbiyəsi daha çox diqqət mərkəzində saxlanılmalıdır. Bu ilahi qadının yetişdirdiyi qız olan Həzrəti Zeynəb (s) Kərbəla müsübətinin ən dəhşətli anlarını yaşamasına baxmayaraq, qolları qandallı əsir kimi şahlar sarayında başını uca tutub “Mən gözəllikdən başqa bir görmədim” söylədi.

 

 

İctimai sahəyə gəldikdə isə, Həzrəti Zəhra (s) burada da bizə örnəkdir; insanın toplum qarşısında vəzifəsi, ictimai vəzifə duyğusu bundan ibarətdir ki, xalqın həyatına biganə qalmasın. Cəmiyyətin problemlərində yaxından iştirak etsin.

Həzrəti Zəhra (s) həyatını xalqın həyatına sərf etmişdi. İnsanların və toplumun səadət və xoşbəxtliyini istəyərdi. Bunu həyatının dəgdəgəsinə çevirmişdi. Toplumun səadəti bundan ibarətdir ki, insan cəmiyyət bagcasının yabanı bitgilərini, ələflərini, alaq otlarını təmizləsin. Həzrəti Fatimə (s) öz ictimai - siyasi fəaliyətiyndə bizə başa saldı ki, əgər cəmiyyətin inkişafını, çiçəklənməyini, xoşbəxtliyini istəyirsənəsə cəmiyyətin yabanı bitkilərinə, alaq otlarına qarşı mübarizə aparmalısınız. Siz haqqı cəmiyyətdə göstərməlisiniz. Bu olduqca əhəmiyyətlidir.

 

http://shabestan.ir/detail/News/617862

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده