خبرگزاری شبستان

دوشنبه ۱۴ آذر ۱۴۰۱

الاثنين ١٢ جمادى الأولى ١٤٤٤

Monday, December 5, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, March 19, 2017 Xəbər kodu : 29337

Borc vermək iqtisadi və ictimai problemlərin həllində təsirli amildir
Şəbistan Xəbər Agentliyi: Dinimiz borc verməyi bəyənir, onu savab sayır. Namaz, zəkat kimi vacibi əməllərin kənarında ona da həvəsləndirir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin Seyid Əbdül Sahib Hüseyni jurnalistlərlə söhbətində borc verməyin dinimizdəki yerindən danışdı: Borc vermək gözəl bir əməl olaraq şəriətimizdə iqtisadi dövriyənin bir hissəsi kimi təqdim edilmişdir. Borc iqtisadi bir əməliyyatdır. Eyni zamanda mənəvi, dini və axirətə inam kimi məqsəd və niyyətlərdən də qaynaqlanır. Buna görə də iqtisadi və ictimai məsələlərdə və bu vəya digər problemlərin azalmasında əhəmiyyətli rol oynaya bilər.

 

Dinimiz borc verməyi bəyənir, onu savab sayır. Namaz, zəkat kimi vacibi əməllərin kənarında ona da həvəsləndirir.

 

Allah Müzəmmil surəsinin 20-ci ayəsində iki vacib əmələ fərman verdikdən sonra müstəhəbbi əməl olan borca da fərman verir. Bu əmirdən çıxartmaq olar ki, borc vermək tərkid olunan müstəhəblərdəndir. Yəni sadə müstəhəblərdən daha israrla buyurulmuşdur.

 

İslam dini iqtisadi cəhətdən yoxsullugu günah amili sayır. Ehtiyacsızlıgı isə, yəni maddi ehtiyacsızlıgı isə təqva və mənəviyyata kömək hesab edir. Allah bəndələrinə borc vermək tövsiyəsi edirsə, səbəbi bundan ibarətdir ki, insanlar bu imtahan və sınaqdan üzü ağ çıxıb öz varlıq üfüqlərini Allah tərəfə çəksinlər və bilsinlər ki, ruzilərinin azalıb - çoxalması Allahın əlindədir və Allahdan başqasından gözlərini çəksinlər. Bu halda borc vermək onlar üçün çox rahat olacaqdır.

 

http://shabestan.ir/detail/News/617829

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده