خبرگزاری شبستان

سه شنبه ۲ خرداد ۱۳۹۶

الثلاثاء ٢٧ شعبان ١٤٣٨

Tuesday, May 23, 2017

Servis xəbərlərinin titri

Bizim seçkilərin mesajı milli birlik və beynəlxalq dialoq idi

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidenti deyib: İran xalqı cümə seçkilərində dünya demokratiyalarının ən yüksək səviyyəsində iştirak etdi.

Servis Əsas səhifə Zaman :   Saturday, March 18, 2017 Xəbər kodu : 29328

“İffət zülalı” kitabı
Şəbistan Xəbər Agentliyi: “İffət zülalı” kitabı Höccətül - islam vəl - müslimin Axundu tərəfindən qələmə alınmışdır. Kitabda həya və iffət barəsində keçən Quran ayələri və rəvayətlər araşdırılır. Baş vermiş hadisələr, şirin dastan və maraqlı əhvalatlar söylənilir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, “İffət zülalı” kitabı Höccətül - islam vəl - müslimin Axundu tərəfindən qələmə alınmışdır. Kitabda həya və iffət barəsində keçən Quran ayələri və rəvayətlər araşdırılır. Baş vermiş hadisələr, şirin dastan və maraqlı əhvalatlar söylənilir.

Kitab Fatimeyi - Zəhranın (s) mövlud günü ərəfəsində Bahare- delha nəşriyyatı tərəfindən beşinci dəfə çapa hazırlanaraq satışa verilmişdir.

 

Əsər 64 səhifədən ibarətdir.

 

Kitab 5 fəsildə tənzim edilmişdir. Əvvəl giriş sözləri verilir, sonrakı fəsillərdə iffət və qeyrətə aid materiallar, paklıgın dəyəri, iffət və paklıq haqqında olan maraqlı hekayə və dastanlar, iffətsizliyin qarşısın almaq yollarını göstərir.

Kitabda iffət və qeyrətin dəyəri, qeyrət və iffətin əlaqələri Həzrəti Əli (ə)-ın kəlamı aynasında verilir.

İffətin fayda və təsirləri, imanı gücləndirmək, xəyal qüvvəsini nəzarətdə saxlamaq və iffətsizliyin mənfi təsirləri barədə dəyərli bilgilər oxuculara çatdırılır.

 

Texnologiya əsrində günah vasitələri olduqca çoxalmışdır. Saf, saglam və iffətli bir topluma malik olmaq üçün dini, elmi, mədəni və ailə sahələrində xüsusi tədbirlərin görülməsi və addımların atılması zəruridir. Bu kitab həmin məqsədə xidmət edir.

 

http://shabestan.ir/detail/News/617143

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده