خبرگزاری شبستان

چهارشنبه ۷ تیر ۱۳۹۶

الأربعاء ٤ شوّال ١٤٣٨

Wednesday, June 28, 2017

Servis xəbərlərinin titri

İmam Zamanın (ə) dostlarının cərgəsinə qoşulmanın yolu

Şəbistan Xəbər Agentliyi: İmam Sadiq (ə) buyurur: “Hər kim İmam Mehdinin (ə) dostlarından olmaq istəyirsə, müntəzir olmalı və pərhizkarlığı (təqvanı) özünə peşə seçməlidir”.

Servis Əsas səhifə Zaman :   Friday, March 17, 2017 Xəbər kodu : 29320

İranlılar bu il Həccə gedə biləcəklər
Şəbistan Xəbər Agentliyi: İran və Səudiyyə Ərəbistan Həcc məsələsində razılaşdı

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İran və Səudiyyə Ərəbistan Həcc məsələsində razılaşıb

Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi elan edib ki,  İranın Həcc və Ziyarət Təşkilatı ilə  iranlıların  cari ilin Həcc mövsümündə ziyarətdə iştirak etməsi ilə bağlı razılıq əldə olunub. 

 

Səudiyyə Ərəbistanın  “SPA” agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi bu gün bəyanat yayaraq bildirib ki,  iranlı hacıların  qarşıdan gələn Həcc mövsümündə ziyarətə qatılması üçün lazimi addımlar atılıb.

 

Bəyanatda bildirilir ki, hər bir məzhəb və milliyyətdən olmasından asılı olmayaraq dünyanın müxətlif ölkələrindən bütün hacıların, Ümrə ziyarətçilərin və digər zəvvarların  təhlükəsizliyini və asayişini təmin etmək  üçün ölkəmizin (Səudiyyə Ərəbistanın) bütün  maddi və insani  güc və ehtiyatından istifadə edəcəyik. (maide saytının tərcüməsi)

 

Qeyd edək ki, 2015-ci ilin Həcc ziyarəti zamanı yaşanan faciəvi insidentdən sonra rəsmi Tehran vətəndaşlarına Məkkəyə getməyi qadağan edib. Həmin il Mina faciəsində 466 iranlı zəvvar həyatını itirib.

 

İranın BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini Qulamhüseyn Dehqani BMT Baş Assambleyasının sessiyası kənarında İslam Əməkdaşlığı Təşkilatının xarici işlər nazirlərinin iclasında bildirmişdi ki, Mina faciəsi səudların zəif müdiriyyətləri və diqqətsizlikləri üzündən baş verib və minlərlə nəfər hacı bu faciədə həlak olub və ya bədən xəsarəti alıbdır.

 

İranın BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini əlavə etmişdi: Səudiyyə Ərəbistanı nəinki bu faciə ilə bağlı həlak olanların ailələinə kompensasiya ödəmədi və üzr istəmədi, əksinə indiyədək informasiya verməyə və həqiqətlərin aşkarlanmasına hazır olmayaraq, Mina faciəsi haqda təhqiqat barədə verdiyi vədinə də əməl etməyibdir.

 

http://shabestan.ir/detail/News/617797

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده