خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Friday, March 17, 2017 Xəbər kodu : 29319

Qədim Mosul azadlıq astanasında
Şəbistan Xəbər Agentliyi: İraqın vahid hərbi komandanlıqla idarə edilən müştərək hərbi qüvvələri Mosulun qərbində irəliləyişin davamında əl-Əhli Neynəva xəstəxanasını İŞİD terrorçularının işğalından azad ediblər.

Şəbistan Xəbər Agentliyi “Reuters ”ə istinadən xəbər verir ki, İraqın müştərək hərbi qüvvələri əl-Əhli Neynəva xəstəxanasını azad etdikdən sonra İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadinin 2014-cü ildə iddia olunan xilafətini elan etdiyi Came Nuri məscidinə daha da yaxınlaşıblar.

 

Mosulun qərbində Tələfər əməliyyat bölgəsində İraqın səfərbər qüvvələri miqrantların əməliyyat bölgələrindən çıxması üçün təhlükəsiz bölgələr yaradıblar.

 

Pilotsuz uçan aparatlar da Mosulun qərbində əl-Hüdəba minarəsi ətrafında İŞİD-in sabit və hərəkətli mövqelərini hədəfə alıblar.

 

Hərbi komandanlardan biri pilotsuz uçan aparatlardan istifadə haqda deyib: Mosulun qərb əməliyyat mehvərində dolanbaclı küçələr və prospektlərin olduğuna görə, əməliyyatı davam etdirmək üçün daha dəqiq taktiki işlərə ehtiyaclıyıq. Belə ki, sivillər xəsarət almasınlar.

 

İraq qüvvələri öz irəliləyişlərinin davamında Mosulun qərb və şərq arasında üçüncü əlaqə körpüsünü nəzarətə götürüb və Came Nuri məscidinə daha da yaxınlaşıblar.

 

İraqın müştərək əməliyyat komandanlığı Mosulda yaşayan ailələrin toqquşma bölgəsindən təxliyə olunması üçün böyük əməliyyatın başlandığını deyib: Bu əməliyyat Bab əl-Tub və qatar stansiyasından başlanıb və bu ailələr həmin bölgələrdən Mosulun cənubuna köçürülürlər.

 

Xalq səfərbər qüvvələri də təxminən 140 didərginin Həmmam əl-Əlil, Ümmül-İzam və Eyn Nasir düşərgələrinə köçürüldüyünü bildiriblər.

 

http://shabestan.ir/detail/News/617774

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده