خبرگزاری شبستان

چهارشنبه ۷ تیر ۱۳۹۶

الأربعاء ٤ شوّال ١٤٣٨

Wednesday, June 28, 2017

Servis xəbərlərinin titri

İmam Zamanın (ə) dostlarının cərgəsinə qoşulmanın yolu

Şəbistan Xəbər Agentliyi: İmam Sadiq (ə) buyurur: “Hər kim İmam Mehdinin (ə) dostlarından olmaq istəyirsə, müntəzir olmalı və pərhizkarlığı (təqvanı) özünə peşə seçməlidir”.

Servis Əsas səhifə Zaman :   Thursday, March 16, 2017 Xəbər kodu : 29304

Hicab məsələsi bütün işlərimizin başında dayanmalıdır
Şəbistan Xəbər Agentliyi: Zəngin və saglam bir mədəniyyət qurmaq və onu gücləndirmək üçün bir sıra müqəddimələr, şərait imkan, şəxsi və ictimai resurslar lazımdır, daha sonra isə o mədəniyyətin icrası barəsində ictimai fikir və hərtərəfli həmahəng əməl mərhələsi gələcəkdir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Qulam Nəhim Abadi son zamanlar cəmiyyətdə hicabsızlıq və bədhicablıgın artmasını nigaranedici fakt adlandırdı və bildirdi ki, bu sahədə lazımı addımlar atılması zəruridir.

 

O dinimizin yaxşılıglara vadar və pisliklərdən çəkindirmək kimi ictimai prinsiplərinin diqqət mərkəzində saxlanılmasını, bu sahədə ictimai və mədəni tədbirlərin görülməsini zəruri saydı və bildirdi ki, belə vacib işlər cəmiyyətdə hamı tərəfindən icra edilməlidir.

Müxtəlif orqanlar, xüsusən mədəni qurumlar hicab məsələsini özlərinin prioriteti bilməlidirlər. Cəmiyyət bu tədbirlər və əməllərin nəticəsini müşahidə etməlidir.

 

Alim bildirdi ki, qanunverici sahəsində problem və boşluq hiss olunmur. Hicab barəsində ölkədə qanunlar mövcuddur, lakin məsələ qanunların icrası və tətbiqindədir. Bir çoxları o qanunları yerinə yetirmək fikrində deyildirlər. Bizim əməlimiz danışıgımızın yerində oturmalıdır.

 

Ayətullah bildirdi ki, zəngin və saglam bir mədəniyyət qurmaq və onu gücləndirmək üçün bir sıra müqəddimələr, şərait imkan, şəxsi və ictimai resurslar lazımdır, daha sonra isə o mədəniyyətin icrası barəsində ictimai fikir və hərtərəfli həmahəng əməl mərhələsi gələcəkdir. Belə olarsa, biz cəmiyyətdə ümumi bir mədəniyyət formalaşdıra bilərik.

 

Ayətullah Qulam Nəhim Abadi bu sahədə gecikmədən addımların atılmasını tövsiyə etdi.

 

http://shabestan.ir/detail/News/617519

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده