خبرگزاری شبستان

سه شنبه ۲ خرداد ۱۳۹۶

الثلاثاء ٢٧ شعبان ١٤٣٨

Tuesday, May 23, 2017

Servis xəbərlərinin titri

Bizim seçkilərin mesajı milli birlik və beynəlxalq dialoq idi

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidenti deyib: İran xalqı cümə seçkilərində dünya demokratiyalarının ən yüksək səviyyəsində iştirak etdi.

Servis Əsas səhifə Zaman :   Wednesday, March 15, 2017 Xəbər kodu : 29296

Münafiqlər ortaq hədəflər və aldadıcı görkəmlərə malik olurlar
Şəbistan Xəbər Agentliyi: Münafiqlər orta hədəflərə malik olurlar. Müxtəlif və fərqli metotlarla öz məqsədlərinə çatmaq istəyirlər, lakin heç vaxt şəkillərini, yollarını dəyişsələr də hədəflərini dəyişmirlər.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin Həmid Baməri bu gün İran İslam İnqilabının qələbəsinin ilk günlərində Tehran cümə məscidində törədilən terror haqqının il dönəmi ilə əlaqədar keçirilən mərasimdəki çıxışında bildirdi. Həcc məsələsindən sonra cümə namazı islam cəmiyyətində ictimai əməl kimi qəbul edilən ən böyük din ayinlərindən biridir. Ona xüsusi diqqət yetirməlidir. Bunun barədə məsum imamlardan hədislər gəlib bizə çatmışdır.

 

Müsəlmanlar arasında vəhdət və birliyin yaranması, islam marif və mədəniyyətinin yayılması, müxtəlif siyasi və ideoloji xəttə malik olan insanların bir yerə toplaşaraq bir ayini icra edməsi və əlbəttə ki, onlarında kənarında dini baxış və bəsirətlərin artması cümə namazının məziyyətlərindən hesab edilir. Buna görə də, münafiqlər belə bir mədəni dini tədbirlərin reallaşmasını istəmirlər və təxribatçılıq fəaliytətlər ilə onun qarşısını almaga çalışırlar.

 

Münafiqlər təkcə müasir zamana aid deyildirlər. Onlar Peygəmbər (s) və məsum imamların da zamanında olmuşdurlar. Bu batil zümrə gözəl zahir, aldadıcı xarici görkəmlə haqqpərəst insanalar və düz yolun yolçularına zərbələr vurmaq üçün təşkilatlanırlar.

 

Münafiqlər orta hədəflərə malik olurlar. Müxtəlif və fərqli metotlarla öz məqsədlərinə çatmaq istəyirlər, lakin heç vaxt şəkillərini, yollarını dəyişsələr də hədəflərini dəyişmirlər.

 

O bildirdi ki, haqqı batildən, münafiqi mömindən ayırmağın ən gözəl yolu kimi kimin dini rəhbərliyin ətrafında olub - olmaması meyar olaraq təyin edilir.

 

http://shabestan.ir/detail/News/617232

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده