خبرگزاری شبستان

جمعه ۱۱ فروردین ۱۳۹۶

الجمعة ٤ رجب ١٤٣٨

Friday, March 31, 2017

Servis xəbərlərinin titri

On dörd yaşlı müsəlman Britaniya Universitetində müəllimdir

14 yaşlı müsəlman Yaşa Aslı Böyük Britaniyanın “Leicester" Universitetində müəllim kimi işə başlayıb.

Servis Əsas səhifə Zaman :   Monday, March 13, 2017 Xəbər kodu : 29283

Namaz müntəzirlərin möhkəm qalasıdır
Şəbistan Xəbər Agentliyi: “Hər kəs istəyir ki, Qaimin səhabələrindən olsun, elə isə, gərək onun yolunu gözləsin təqvaya uygun əməl eləsin, gözəl əxlaqa sahib olsun. Yalnız belə olan halda o müntəzirdir”.

Höccətül - islam vəl - müslimin  Ələsgər Ayati Şəbistan Xəbər Agentliyinnin müxbiri ilə söhbətində namaz ilə dindar kəsim, xüsusən imamın zühurunu gözləyən insanların əlaqəsindən danışdı.

 

O bildirdi ki, namazı “iqamə etmək” yalnız onu qılmaq deyildir və eyni zamanda namazı bərpa və bərqərar etmək, onun başqalarına təliqin etmək, ictimaiyyatda dirçəldib yaşatmaq üçün lazımı şəraiti yaratmaqdır.

 

Müntəzirlər birinci olaraq bu işə əhəmiyyət verməlidirlər. Çünki İmam Zaman (ə) zühur etdikdən sonra mübarək Həcc surəsinin 41-ci ayəsinə əsasən namazı bərpa edəcəkdir. Ayədə deyilib:

 

الَّذينَ إِن مَكَّنّاهُم فِي الأَرضِ أَقامُوا الصَّلاةَ وَآتَوُا الزَّكاةَ وَأَمَروا بِالمَعروفِ وَنَهَوا عَنِ المُنكَرِ وَلِلَّهِ عاقِبَةُ الأُمور

 

“O kəslərə ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) və güc versək namaz qılar, zəkat verər, (insanları ağıl və şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir nalayiq və çirkin işdən saxlayarlar. Bütün işlərin sonu Allaha məxsusdur”.

 

Habelə İmam Sadiq (ə) İmam Zaman (ə)-ın doslarını və zühuru gözləyənlərin xüsusiyyətlərini barəsində danışarkən buyurur:

 

«مَنْ سَرَّهُ أَنْ يَكُونَ مِنْ أَصْحَابِ الْقَائِمِ فَلْيَنْتَظِرْ وَ لْيَعْمَلْ بِالْوَرَعِ وَ مَحَاسِنِ الْأَخْلَاقِ وَ هُوَ مُنْتَظِرٌ»

 

“Hər kəs istəyir ki, Qaimin səhabələrindən olsun, elə isə, gərək onun yolunu gözləsin təqvaya uygun əməl eləsin, gözəl əxlaqa sahib olsun. Yalnız belə olan halda o müntəzirdir”.

 

Bu hədisdə müntəzirlərin üç xüsusiyyəti göstərilmişdir.

 

Birincisi imamın yolunu gözləməkdir. Məlumdur ki, insan namaz qılaraq müntəzir olur və o Allahın ibadətinə məşgul olmalıdır. Yəni namaz intizarın məşgələsidir.

 

http://shabestan.ir/detail/News/613165

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده