خبرگزاری شبستان

پنج شنبه ۲۳ آذر ۱۳۹۶

الخميس ٢٦ ربيع الأوّل ١٤٣٩

Thursday, December 14, 2017

Servis xəbərlərinin titri

İslami irşad və mədəniyyət nazirinin "Müdhammətan" Quran festivalına mesajı

Şəbistan xəbər agentliyi: İslami irşad və mədəniyyət naziri Seyyid Abbas Salihi "Müdhammətan" Quran müsabiqələrinin on ikinci dövrəsinin başlanması münasibəti ilə mesaj verdi.

Servis Əsas səhifə Zaman :   Monday, March 13, 2017 Xəbər kodu : 29282

Müntəzirlərin borc və vəzifələri
Şəbistan Xəbər Agentliyi: “Biz Əhli - beytdəndir” məqamına çatmagının yolunu göstərən dua.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Cavadi Amuli “İmam Mehdi (ə) vədə verilən diri varlıq” əsərində yazır:

 

İmam və imaməti tanımaq intizarı gözləyən möminin birinci vəzifəsidir. Bu, tövhid və nübuvvəti tanımagın üzərində qurulmuşdur. Çünkü bəllidir ki, Peygəmbər (s) Allahın xəlifəsidir. O Allahın sözü və vəhi ilə danışır və əmr edir. Buna görə də, peygəmbərin vasitəsi ilə və onun nurunun şüası altında görsənən imamı da tanımalıyıq. Əks tədbirdə belə düşünəcəyik ki, imamət Səqifə toplantısı bayragı altında yaranmışdır.

 

İmamət peygəmbərliyin davamı və canişinliyindən başqa bir şey deyildir. Deməli, canişin yerinə oturdugu şəxsin sözündən başqa bir söz danışmır.

 

Beləliklə, biz öz yerinə canişin qoydugu şəxsi tanıdıqda canişinidə tanıyırıq. Bu bilgini əldə etdikdən sonra öz elmi və əməli problemlərimizi də həll edəcəyik. Yəni, elə ki, bu bilgiyə yetişdik ki, imamət və nübüvvət tövhiddən qaynaqlanır, o zaman fikir və əməldə dindən başqa heç bir yola tərəf getməyəcək, heç bir işə qol qoymayacagıq, nəticədə yalnız din bütün sahələrdə agamız olacaqdır. İctimai – siyasi sahələrdədə xalq yalnız dininin rəhbərliyinə razı olacaq. Qanunları Allahın əmri biləcək, nə xalqın və xalqa hakimlik edənlərin əmri. Buna görə də, yalnız peygəmbər və imamın vasitəsi ilə bəyan edilən ilahi qanunlara təslim olacaqdır. Bunların hammısı aşagıdakı duada verilir:

 

اَللّهُمَّ عَرِّفْنى نَفْسَكَ فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنى نَفْسَكَ لَمْ اَعْرِف نَبِيَّكَ اَللّهُمَّ عَرِّفْنى رَسُولَكَ فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنى رَسُولَكَ لَمْ اَعْرِفْ حُجَّتَكَ اَللّهُمَّ عَرِّفْنى حُجَّتَكَ فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنى حُجَّتَكَ ضَلَلْتُ عَنْ دينى

 

http://shabestan.ir/detail/News/615720

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده