خبرگزاری شبستان

جمعه ۱۱ فروردین ۱۳۹۶

الجمعة ٤ رجب ١٤٣٨

Friday, March 31, 2017

Servis xəbərlərinin titri

On dörd yaşlı müsəlman Britaniya Universitetində müəllimdir

14 yaşlı müsəlman Yaşa Aslı Böyük Britaniyanın “Leicester" Universitetində müəllim kimi işə başlayıb.

Servis Əsas səhifə Zaman :   Monday, March 13, 2017 Xəbər kodu : 29280

“Təkvirçilik İslam hüququ aynasında” kitabı
Şəbistan Xəbər Agentliyi: “Təkvirçilik islam hüququ aynasında” kitabı böyük fəqihlərin fikir və fətvalarını araşdıraraq izah edir. Kitab Fiqh və İslam Hüququ Araşdırmalar Mərkəzi tərəfindən çap edilmişdir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, “Təkvirçilik islam hüququ aynasında” kitabı böyük fəqihlərin fikir və fətvalarını araşdıraraq izah edir. Kitab Fiqh və İslam Hüququ Araşdırmalar Mərkəzi tərəfindən çap edilmişdir.

 

Təkvirçilik islam hüququ aynasında” kitabı Məhmud Təvəkkülian Əkbəri tərəfindən qələmə alınmış Həcc və Ziyarət İdarəsi nəzdində fəaliyyət göstərən Fiqh və İslam Hüququ Araşdırmaları Mərkəzi tərəfindən çapa verilmişdir.

 

Əsər böyük fəqihlərin araşdırmalarını və fətvalarını müzakirə obyiktinə çevirir, onları izah edir. Əsərdə şiə və sünnü alimlərinin təkvir barədə mülahizə və fikirləri təqdim edilir.

 

Kitabda islam ümməti arasında daha çox birliyin yaradılması naminə elmi və fiqhi ortaqlıqlar qabardılmışdır.

 

Kitab bir müqəddimə, dörd fəsil və bir xatimədən ibarətdir. Birinci fəsildə əsas pirinsiplər və acar kəlmələr bəyan edilir. İkinci fəsildə islam tarixində təkvirçilik düşüncəsi araşdırılır. Burada islam və küfr məna, ölçü, sərhəd və bununla bağlı qaydalar verilir. Üçüncü fəsildə isə fəqihlərin söz və fətvalarında təkvir çilik məsələsi müzakirə obyektinə çevrilir. Dördüncü fəsildə təkvirin fiqhi hökmlərindən bəhs edilir. Kitabın xatimə, yəni epiloqunda isə əldə edilən araşdırmaların nəticəsi bəyan edilir.

 

“Təkvirçilik İslam hüququ aynasında” kitabı 196 səhfədən ibarətdir və Məşər nəşriyyatında çap edilmişdir.

 

http://shabestan.ir/detail/News/616915

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده