خبرگزاری شبستان

سه شنبه ۲۲ آیان ۱۳۹۷

الثلاثاء ٥ ربيع الأوّل ١٤٤٠

Tuesday, November 13, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, March 11, 2017 Xəbər kodu : 29259

Quran ayələrinə əsasən şəhid ana və həyat yoldaşları qazanclı ticarət ediblər
Şəbistan Xəbər Agentliyi: Şəhidlər ölümü özlərinə təslim ediblər, özləri ölməyiblər, şəhidliyin Allahın yanında böyük məqamı və dəyəri vardır. Onlar Allahın rəhməti sayəsində onun xüsusi feyz və mərhəmətindən bəhrələnirlər.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Kazim Siddiqi bu gün Tehranda keçirilən şəhid anaları və həyat yoldaşlarının dəyərləndirmə konfransında çıxış edib.

 

Çıxışında ayətullah belə deyib: İnsanın həyat və ölümü Allahın əlindədir. Qurana əsasən şəhidlər ölməyiblər. Onlar daima diridirlər və Allahın yanında ruzidən istifadə edirlər.

 

Şəhidlər ölümü özlərinə təslim ediblər, özləri ölməyiblər, şəhidliyin Allahın yanında böyük məqamı və dəyəri vardır. Onlar Allahın rəhməti sayəsində onun xüsusi feyz və mərhəmətindən bəhrələnirlər.

 

Öz dini rəhbərliyinin əmirlərinə tabe olmaq üçün işğalçılar və zalımlara qarşı qiyam edən və bu yolda da şəhid olan bir xalq başıuca və izzətlidir. Dünya və axirətdə belə bir cəmiyyətə səadət nəsib olacaqdır.

 

O daha sonra bildirdi ki, şəhidlər təqva və dini göstərişlərinə əməl edərək, dini rəhbərliyə tam şəkildə tabe idilər. “Təqvaya riayət etməyənlər, haqq və dini rəhbərliyin yolunda yorulanlar düşmənin məkirli planları qarşısında məglub olurlar. Onlar dünya və axirət xəsarətinə düçar olacaqlar”.

 

Xətib daha sonra ayələrə istinad edərək dedi ki, Quran ayələri əsasən Allah ilə ticarət edənlər böyük qazanc əldə edəcəklər. Şəhid anaları və həyat yoldaşları Allah ilə ticarət edib bir şey itirmədən, böyük qazancda əldə etdilər.

 

http://shabestan.ir/detail/News/616337

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده