خبرگزاری شبستان

جمعه ۲۸ مهر ۱۳۹۶

الجمعة ٣٠ المحرّم ١٤٣٩

Friday, October 20, 2017

Servis xəbərlərinin titri

General - polkovnik Məhəmməd Baqiri Suriya prezidenti Bəşar Əsdlə görüşündə:

İİR-nın Suriya dövlət və xalqına dəstəyi davam edəcəkdir

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dəməşqdə Suriya prezidenti ilə görüşündə bu ölkədəki son durum barədə danışıqlar aparıb.

Servis Əsas səhifə Zaman :   Saturday, March 11, 2017 Xəbər kodu : 29250

Ərəbistann Yəməndə dinc sakinlərə divan tutdu
Şəbistan Xəbər Agentliyi: Səudiyyə Ərəbistanının qırıcı təyyarələri ötən gecə Yəmənin əl-Hədidə vilayətinin əl-Xunə şəhərində bir bazarı bombalayıblar və nəticədə 26 nəfər həlak olub və yaralanıb.

Şəbistan Xəbər Agentliyi “ RT ”yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının qırıcı təyyarələri ötən gecə Yəmənin əl-Hədidə vilayətinin əl-Xunə şəhərində bir bazarı bombalayıblar bu hücumda 16 nəfər həlak olub, 10 nəfər də yaralanıb.

 

Səudiyyə rejimi qırıcı təyyarələri bu şəhərin səmasında uçuşlar keçirərək sakinlərin ölüləri və yaralıları hadisə yerindən götürmələrinə mane olublar.

 

Səudiyyə Ərəbistanı ABŞ və ərəb və qərb ölkələrinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib. Ərəbistanın Yəməni quru, hava və dənizdən mühasirəyə alaraq hücumlara məruz qoymaqda məqsədi istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaqdır.

 

Bu hərbi təcavüzün indiyə qədər 11 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkə infrastrukturunun məhv olmasından başqa bir nəticəsi olmayıb.

 

Ərəbistanın yoxsul Yəmənə hərbi təcavüzü həmçinin bu ölkəni ərzaq və tibbi vasitələrin çatışmazlığı ilə üzləşdirib və çoxlu xəstəliklərin yayılmasına səbəb olub.

 

http://shabestan.ir/detail/News/616160

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده