خبرگزاری شبستان

سه شنبه ۲ خرداد ۱۳۹۶

الثلاثاء ٢٧ شعبان ١٤٣٨

Tuesday, May 23, 2017

Servis xəbərlərinin titri

Bizim seçkilərin mesajı milli birlik və beynəlxalq dialoq idi

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidenti deyib: İran xalqı cümə seçkilərində dünya demokratiyalarının ən yüksək səviyyəsində iştirak etdi.

Servis Əsas səhifə Zaman :   Saturday, March 11, 2017 Xəbər kodu : 29248

Bəşər Əsəd ABŞ və Türkiyəni təcavüzkar elan etdi
Şəbistan Xəbər Agentliyi: “İcazəmiz olmadan Suriyaya girənlərin hamısı, o cümlədən ABŞ və Türkiyə işğalçıdır”

Şəbistan Xəbər Agentliyi SANA-ya istinadla xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Honkonqun Phoenix TV sputnik telekanalına verdiyi müsahibə zamanı bildirib.

Bəşər Əsədin verdiyi müsahibənin sətir başlıqlarını təqdim edirik.

 

"Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər Suriyadakı silahlı qruplaşmalara, BMT Nizamnaməsinin müddəalarına və beynəlxalq hüququn prinsiplərinin əksinə olaraq bütün növ yardım göstərir".

 

"ABŞ başda olmaqla Qərb ölkələrinin Suriya böhranının siyasi həllində maraqlı deyil, onun uzanmasına, Suriyanın bir dövlət kimi dağılmasına və cəmiyyətdə məzhəb fitnələrinin təhrik edilməsinə qatqı qoyur".

 

"Suriya və onun hökuməti xaricdən dəstəklənən terrorizm və ekstremizmin aradan qaldırılması hədəfini təqib edir".

 

"Bu, daxili vətəndaş müharibəsi deyil, oradakı (Suriyadakı) hakimiyyəti devirməyi açıq şəkildə bəyan edən Qərb dövlətlərinin xarici əlbirliyi tərəfindən Suriyaya qarşı irimiqyaslı qlobal müharibədir".

 

"Artıqbir ildən artıqdır ki, "beynəlxalq koalisiya" İŞİD və digər terrorçu qruplaşmaları ilə mübarizəsini bəyan edir, halbuki bu müddət ərzində qruplaşmalar yeni əraziləri nəzartlərinə götürüblər, Rusiya HKQ-nin (Hərbi Kosmik Qüvvələri- red) cəmi yarım aylıq hərəkətləri isə yaraqlıları müdafiəyə vadar etdi, onlardan minlərləsi Türkiyəyə, sonraYyəmən və Avropaya qaçırdı".

 

"Suriyadakı silahlı qruplaşmaların əksəriyyəti İŞİD və Ən-Nusra Cəbhəsi ilə sıx bağlıdır. Ölkədə siyasi müxalifət mövcuddur və onun bəzi hissəsi ölkə xaricindədir. Onun bir hissəsi qruplaşmalara kömək götərirdi. digəri isə xarici müdaxiləyə qarşı mübarizədə hökumətə dəstək üçün bundan imtina edib".

 

"2006-cı ildə İraqda lideri daha sonra amerikalılar tərəfindən öldürülən Əbu Musab əl-Zərkavinin olduğu "İslam dövləti"nin yarandığı elan edildi. Başqa sözlə, İŞİD, İraqda ABŞ himayəsi altında yarandı".

 

"İŞİD və Ən-Nusra Cəbhəsi zamanında Hillari Klintonun bildirdiyi kimi Əfqanıstandakı Əl-Qaidənin filiallarıdır. Hər kəsə məlumdur ki, "Əl-Qaidə" ekstremist Vahabilik ideologiyasında olan Səudiyyə Ərəbistanı tərəfindən yaradılmış və maliyyələşdirilmişdir".

 

 

"İndi Səudiyyə və Qətər rejimlərin qruplaşmalara olan bütün köməkləri, Ərdoğanın başda olduğu Türkiyə rejimi tərəfindən gedir ki, İŞİD terror təşkilatına böyük gəlirlərinin olduğu neftin Türkiyə və İraqa neft qaçaqmalçılığında kömək edir".

 

"Birim icazəmiz, məşvərətimiz və razılığımız olmadan Suriyaya gələn istənilən xarici qüvvələr işğalçıdırlar - onların amerika, türkiyə və ya daha haralı olmalarından asılı olmayaraq" (islaminSesi-nin tərcüməsinə əsasən).

 

http://shabestan.ir/detail/News/616325

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده