خبرگزاری شبستان

سه شنبه ۲ خرداد ۱۳۹۶

الثلاثاء ٢٧ شعبان ١٤٣٨

Tuesday, May 23, 2017

Servis xəbərlərinin titri

Bizim seçkilərin mesajı milli birlik və beynəlxalq dialoq idi

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidenti deyib: İran xalqı cümə seçkilərində dünya demokratiyalarının ən yüksək səviyyəsində iştirak etdi.

Servis Əsas səhifə Zaman :   Friday, March 10, 2017 Xəbər kodu : 29230

Misirli xanım Quranın yeni tərcüməsindən danışdı
Misirin "Eynuş-Şəms" universitetinin ustadı xanım Dr. Əsra Əbdüsseyyid Quran-Kərimin 23 cüzünü Çin dilinə tərcümə etdiyini xəbər verib.

Misirin "Eynuş-Şəms" universitetinin ustadı xanım Dr. Əsra Əbdüsseyyid Quran-Kərimin 23 cüzünü Çin dilinə tərcümə etdiyini xəbər verib.

ŞƏBİSTAN xəbər agentliyinin "iqna"ya istinadla verdiyi xəbərə görə, Misirin "Eynuş-Şəms" universitetinin ustadı xanım Dr. Əsra Əbdüsseyyid Quran-Kərimin 23 cüzünü Çin dilinə tərcümə etdiyini xəbər verib.

Xanım Dr. Əsra Əbdüsseyyid Misirin "Eynuş-Şəms" universitetinin Çin dilləri qrupunun "müqayisəvi dilçilik" müəlliməsidir. Çin dili və ədəbiyyatı üzrə iki dəfə doktorluq pilləsinə yüksəlmişdir. Çin dilini bilməsi onun dini mətnlərin tərcüməsi ilə maraqlanmasına səbəb olmuşdur.

Dr. Əsra Əbdüsseyyid 1998-ci ildə öz birinci doktorluq müdafiə işini "Kəhf surəsinin Çin dilinə tərcümələri" adı ilə dissertasiya etmişdir.

O, "Qahirə Beynəlxalq dil və tərcümə mərkəzi"nin Çin dilləri qrupunun rəisidir və ilk Ərəb müsəlmandır ki, Quran- Kərimi Çin dilinə tərcümə edib.

O, 2014-cü ildə "Çin və Ərəb dili arasında müştərək sözlər" adlı ikinci doktorluq elmi işini müdafiə etmişdir.

Xanım Dr. Əsra Əbdüsseyyid mətbuatla müsahibəsində deyib: İndiyədək Çin dilində Quranın 14 tərcüməsi mövcuddur ki, bunların hamısı Ərəb dilini bilən çinli mütərcimlər tərəfindən həyata keçirilmişdir. Mən ilk Ərəb müsəlmanam ki, Quran- Kərimi Ərəb dilindən Çin dilinə təcümə edirəm. Və indiyədək Quran-Kərimin 23 cüzünü Çin dilinə tərcümə etmişəm. Quran- Kərimi Çin dilinə tərcümə etməyimin əsas səsəbi Çin dilinə tərcümə edilmiş mövcud 14 tərcümədə olan səhvlərdir. Bu tərcüməçilərin ana dili Ərəb dili olmadığı və həmçinin Çin dili və Ərəb dilinin cümlə tərkibi arasında ciddi fərq olduğu üçün məfhum və mənaları məqsəd dilə dolğun və düzgün çatdıra bilməyiblər. Və buna görə Çin dilində yeni bir tərcümə ortaya çıxarmaq istədim. Yeni tərcümədə deyilən problemləri aradan götürmək üçün təfsir, hədis, fiqh və tarixdə geniş mütaliə və araşdırmalar aparılmalıdır.

O vurğulayıb: Quran- Kərimin tərcümə mənim öhdəmə düşən İlahi bir əmanətdir və bir sözün dəqiq mənasını öyrənmədən onu tərcümə edə bilmərəm və ən səhih mənanı tapdığıma arxayın olmalıyam. Buna görə çox vaxt bir sözü tərcümə etmək üçün təfsir, tarix, hədis və fiqhdən əlavə Çin dilindəki 14 tərcümənin hamısını dəqiq mütaliə etmişəm.        

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده