خبرگزاری شبستان

چهارشنبه ۷ تیر ۱۳۹۶

الأربعاء ٤ شوّال ١٤٣٨

Wednesday, June 28, 2017

Servis xəbərlərinin titri

İmam Zamanın (ə) dostlarının cərgəsinə qoşulmanın yolu

Şəbistan Xəbər Agentliyi: İmam Sadiq (ə) buyurur: “Hər kim İmam Mehdinin (ə) dostlarından olmaq istəyirsə, müntəzir olmalı və pərhizkarlığı (təqvanı) özünə peşə seçməlidir”.

Servis Əsas səhifə Zaman :   Friday, March 10, 2017 Xəbər kodu : 29229

Bakıdakı İslam Oyunlarına gələnlərə “Halal” yeməklər veriləcək
Şəbistan Xəbər Agentliyi: Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-25 may tarixləri arasında keçiriləcək. Yarışlarda 21 idman növü üzrə 57 dövlətin 6000-nə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-25 may tarixləri arasında keçiriləcək. Yarışlarda 21 idman növü üzrə 57 dövlətin 6000-nə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
 

Bəs İslam Həmrəyliyi Uyunları zamanı idmançıların qida təminatı necə həyata keçiriləcək?
 

Bakı 2017 Oyunlarının mətbuat xidmətinin rəhbəri Cəmilə Cəfərzadə Modern.az-a açıqlamasında deyib ki, idmançıların İslam ölkələrindən olduğu nəzərə alınacaq. Oyunlar keçirilən müddətdə yarış iştirakçılarına “Halal” sertifikatı almış hər bir ərzaqla təminata icazə veriləcək.
 

 “Buraya “Halal” sertifikatı olan bütün məhsullar daxildir:

1. Bişirilmiş və emal edilmiş ət

2. Çiy ət

3. Bütün pendir növləri

 Bizim təchizat zəncirində bütün ərzaq təminatçılarının “Halal” sertifikatına malik olması, eləcə də ərzaq gigiyenası standartlarına riayət olunmasına nəzarət edilir.

“Halal” olmayan tərkibdə hər hansı bir qida, belə ki, jelatin və maya kimi qeyri-halal tərkiblər çörək məhsullarına qatılmamalıdır.

Bəzi məhsullara məhdudiyyətlər qoyulsa da, “Halal” məhsullar ümumi menyunun məzmununa təsir etməyəcək. Biz bütün idmançıların pəhriz tələblərini də qarşılayacağıq”.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده