Servis Əsas səhifə |
|
Zaman : |
Tuesday, February 28, 2017 |
|
Xəbər kodu : |
29138 |
Ölümü xatırlamaq günaha maneədir
Şəbistan Xəbər Agentliyi: Ölümü xatırlamaq günahın qarşısını alır. İnsan günahı tərk eləməklə Əhli - Beytə (ə) məhəbbətinin sadiq oldugunu nümayiş etdirə bilər.
|
Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin
Meysəm Əli Pənah matəm mərasimindəki çıxışında qiyamət barədə Quran və məsum imamlar tərəfindən gəlib dinimizə çatan kəlamlardan danışdı və bildirdi ki, Quranda qiyamət müxtəlif adlarla zikir edilib. “Çətin gün” qiyamətin adlarından biridir. Dünyadakı rütbə, məqam qiyamətdə mənasız, puç və dəyərsiz olacaqdır. Çünkü bu məqamlar kimsəyə kömək edə bilməz.
Allah Qurani - Kərimdə “Yövmul - həsrət”, yəni həsrət günü adlanan qiyamətin bir çox nişanələrini sayır. Onlardan biri də məhşər gününə gətirilən insanların qorxusudur. Bu hadisə o qədər əzəmətli olacaqdır ki, hətta ana istəkli övladını da, vəhşətə düşərək, bir kənara atacaqdır.
Ruhani daha sonra məsum imamların qiyamət günü şəfahətçi olacaqlarını bildirdi. Bu dünyadakı həyat tərzimiz məsum imamların həyat tərzi ilə eyni olmalıdır. Bu dünyada Əhli - Beyti (ə) özünə örnək götürənlər axirət evində asudə və rahat olacaqlar.
O, Əhli - Beytə (ə) məhəbbəti olduqca dəyərli və möhkəm sıgınacaq saydı və bildirdi ki, bu məhəbbət özünü əməldə göstərməlidir.
Sonda ruhani ölümü günahın qarşısını alan böyük sədd və qala saydı: Ölümü xatırlamaq günahın qarşısını alır. İnsan günahı tərk eləməklə Əhli - Beytə (ə) məhəbbətinin sadiq oldugunu nümayiş etdirə bilər.
http://shabestan.ir/detail/News/613392