خبرگزاری شبستان

دوشنبه ۱۴ آذر ۱۴۰۱

الاثنين ١٢ جمادى الأولى ١٤٤٤

Monday, December 5, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, February 24, 2017 Xəbər kodu : 29086
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev:
İran və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması bizim iqtisadi məqsədlərimizdəndir
Şəbistan Xəbər Agentliyi: İran və Azərbaycan arasında artıq 500 milyon dollarlıq ticarət dövriyyəsi gerçəkləşir.

"İranla ticarət dövriyyəsinin artırılması Azərbaycanın önəmli iqtisadi məqsədlərindəndir və ciddi şəkildə izlənilir"

 

Bu sözləri İran İslam Respublikası və Azərbaycan Respublikasının Urmiyədə iqtisadi biznes-forumunda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Azərbaycanlı nazir əlavə edib: İran güclü qonşudur və iki tərəfin iradəsi ticarət dövriyyəsinin artırılmasına köklənib.

 

İran və Azərbaycan arasında 500 milyon dollarlıq ticarət dövriyyəsinin gerçəkləşdiyinə toxunan Mustafayev xatırladıb: Bu məqsəd iki tərəfin təşəbbüsü ilə gerçəkləşib və Tehran və Bakının ticarət əlaqələrini genişləndirmək üçün ciddi əzmkarlığını əks etdirir.

 

İran İslam Respublikası rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi isə öz çıxışında bildirib: Ötən 3 ildə İran və Azərbaycan prezidentləri 7 dəfə görüşüblər və 8-ci görüş də 2 həftə sonra Tehranda görüşəcəklər. Bu görüşdə iki ölkə əlaqələrinin möhkəmləndirilməsi proqramı hazırlanacaq.

 

İranın rabitə və informasiya texnologiyaları naziri gediş-gəlişin sadələşdirilməsini, tranzit taarifinin 160 dollardan 100 dollara endirilməsini, viza rejiminin sadələşdirilməsini və əmtəə məhsullarının rəqabət müstəvisinə keçməsini indiyə kimi əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən adlandırıb və deyib: Bütün bunlar İran və Azərbaycan prezidentlərinin son müzakirələrinin bəhrəsidir.

 

Mahmud Vaizi Azərbaycanın iqtisadiyyat naziri ilə görüşmək, İran - Azərbaycan birgə ticarət forumunda iştirak etmək və bir neçə rabitə layihəsini istifadəyə vermək üçün çərşənbə günü Ərdəbilə səfər edib.

 

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev çərşənbə günü böyük bir iqtisadi heyət ilə Ərdəbil ostanına daxil olub. İran - Azərbaycan birgə ticarət forumunda iştirak etməklə yanaşı, Şahin Mustafayev Ərdəbil ostanındakı istehsal müəssisələrinə və İran - Azərbaycan dəmir yolları qovşağına da baxış keçirərək, Ərdəbilli sərmayə sahibləri və iş adamları ilə də danışıqlar aparıb

 

İranın rabitə və informasiya texnologiyalar naziri Mahmud Vaizi və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İran və Azərbaycan iqtisadi biznes-forumunda iştirak etmək üçün Urmiyəyə səfər ediblər.

 

http://shabestan.ir/detail/News/612439

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده