خبرگزاری شبستان

سه شنبه ۹ آذر ۱۴۰۰

الثلاثاء ٢٥ ربيع الثاني ١٤٤٣

Tuesday, November 30, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, February 24, 2017 Xəbər kodu : 29085

Xalqları arasında ortaq dəyərlər İran-Azərbaycan münasibətlərinin dayağıdır
Şəbistan Xəbər Agentliyi: İranın rabitə və informasiya texnologiyaları naziri və Azərbaycan Respublikasının iqtisadiyyat naziri iki ölkənin bütün sahələrdə əməkdaşlıqlarının genişləndirilməsini vurğulayıblar.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev cümə axşamı günü Urmiyədə iki ölkənin iqtisadiyyat iclasında iştirak etdikdən sonra mətbuat konfransında bu iclasın nəticələrini açıqlayıb.

 

Mahmud Vaizi deyib: Azərbaycanın İranla sərhədlərində bu ölkəyə viza verilməsinə tezliklə şərait yaradılacaq. Bu məsələ iki ölkə müzakirələrində yekunlaşıb və yaxın gələcəkdə icra olunacaq.

 

İranın rabitə və informasiya texnologiyaları naziri əlavə edib: İranın şimal-qərbində Maku Azad Ticarət Zonası ilə Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında ən yaxın əlaqənin yaradılması, ticarət dövriyyəsini artırmaq üçün müsbət addımların atılması, turizm əməkdaşlıqları və İran və Azərbaycan iş adamlarının fəaliyyətinə şərait yaratmaq iki ölkənin anlaşmalarına daxildir.

 

Vaizinin sözlərinə görə, iki ölkə arasında 10 əməkdaşlıq sənədinin imzalanması üzrə razılıq əldə olundu. Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfərində iki ölkə rəsmiləri tərəfindən imzalanacaq.

 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev də bu mətbuat konfransında deyib: İran və Azərbaycan prezidentləri ötən üç il ərzində yeddi dəfə görüşüb və danışıqlar aparıblar. Gələn iki həftə ərzində də iki ölkə dövlət başçıları Tehranda səkkizinci dəfə bir araya gələcək. Bunun özü İran və Azərbaycanın dostluq əlaqələrinin dərinliyini göstərir.

 

Mustafayev əlavə edib: İran və Azərbaycanın əməkdaşlığı iki ölkənin dövlət başçılarının siyasi iradəsi ilə yaranıb və neft, qaz, siyasət, nəqliyyat və ticarət sahələri iki ölkənin əlaqələrini möhkəmləndirir.

 

Azərbaycanın iqtisadiyyat naziri həmçinin iki ölkənin ticarət dövriyyəsinin 70%-lik artımına toxunub: "Azərbaycan prezidentinin növbəti Tehran səfəri və 60 nəfərlik ticarət heyətinin Urmiyə səfərinin iki ölkənin əməkdaşlıq potensiallarını genişləndirəcəyinə ümid edirəm".

http://shabestan.ir/detail/News/612431

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده