Servis Əsas səhifə |
|
Zaman : |
Wednesday, February 22, 2017 |
|
Xəbər kodu : |
29073 |
21 Fevral 2006 - cı ildə təkfirçi qruplaşmalar tərəfindən Əhli – beyt (ə) ardıcıllarının qəlblərini daglayan böyük bir cinayət tövrədildi. İraqın Samira şəhərində yerləşən İmam Cavad (ə) və İmam Həsən Əsqəri (ə)-ın ziyarətgahları - Əskəreyn hərəmlərinin, iki məsum imamaın ziyarətgahları güclü partlayıcı maddələrlə hücuma məruz qaldı.
Şəbistan Xəbər Agentliyinin müxbiri bu çirkin cinayət barəsində höccətül - islam vəl - müslimin Nəcməddin Murrvici Təbərsi ilə söhbət apardı.
Müsahibimiz bildirdi ki, İŞD məsum imamlara hörmətsizlik edir. Çünkü onların sələfləri də belə idi. Hətta imamların qəbriləri də onların əlindən amanda deyildir. Misal olaraq, Mütəvəkkil Abbasi İmam Hüseyn (ə)-ın qəbrini xarab edir, belə ki, bu qəbirdən heç bir əsər - əlamət də qalmır və onun üzərində zəmi əkdirir, lakin Əhli – beyt (ə) davamçıları bilavasitə yenidən oranı düzəldirlər və ordakı dini – mədəni mirasın itməsinə yol vermirlər. Belə hadisələr gələcəkdə də baş verə bilər. Bu Əhli – beyt (ə) dudmanına, Peygəmbər (s) xanadanına və Əhli – beytə qarşı düşmənçilik və böyük kinin nəticəsidir.
Bu cinayətin siyasi səbəblərindən danışarkən ruhani bildirdi ki, düşmənlər şiələr arasında belə ziyarətgahların diqqət mərkəzində olduğunu və xüsusi hörmətini bilərək onu dagıtmaqla şiələr və sünnülər arasında müharibə salmaq istəyirdilər ,lakin şükür olsun Allaha ki, bu iş baş vermədi və bu ziyarətgahlar yenidən quruldu.
http://shabestan.ir/detail/News/610734