خبرگزاری شبستان

شنبه ۱۲ فروردین ۱۴۰۲

السبت ١١ رمضان ١٤٤٤

Saturday, April 1, 2023

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, February 22, 2017 Xəbər kodu : 29069

İmam Cavad (ə) və İmam Həsən Əskəri (ə) hərəmlərinin dagıldırmasının pərdəarxası
Şəbistan Xəbər Agentliyi: Şübhəsiz ki, burda birinci vəhhabilərin və sələfilərin müqəddəs ziyarətgahlara və övliyaların qəbrinə baxışı rol oynadı, bu məzhəbçi bir baxış idi

Fevralın 20 - si İmam Həsən Əsqəri (ə) və İmam Cəvad (ə) -ın müqəddəs ziyarətgahlarının dagıdılmasının 11 – ci ildönümüdür. Bu münasibətlə Şəbistan Xəbər Agentliyinin müxbiri İranda fəaliyyət göstərən humanital elmlər və mədəni araşdırmalar elmi tədbiqatlar mərkəzinin üzvü dr. Kamyar Sədaqət Səmər Hüseyni ilə söhbət etdi.

 

Müxbirimizin sualı belə oldu: Samirada yerləşən bu müqəddəs ziyarətgahların dagıdılmasında hansı məqsəd güdülürdü?

 

O cavab verdi: Şübhəsiz ki, burda birinci vəhhabilərin və sələfilərin müqəddəs ziyarətgahlara və övliyaların qəbrinə baxışı rol oynadı, bu məzhəbçi bir baxış idi. Bu əlavə bir söhbət tələb edir, lakin siyasi məqsədlərə gəldikdə isə, qeyd etməliyik ki, əsas niyyət sionist İsrail rejimi, İngiltələ xəfiyyə idarələri və ABŞ xüsusi təşkilat orqanlarının xüsusi məqsədlərinin olması heç kəsə gizli deyildir. Onlar Əhli – beyt (ə) davamçıları ilə əhli – sünnət məzhəbi ardıçılları arasında müharibə alovunu qızışdırmaq istəyirdilər. Beləliklə, məzhəblər arasında təzad və fitnə yaradaraq cəmiyyəti iki hissəyə parçalamaq, ikitirəlik yaradmaq, onları qanlı qırgınlara çəkmək istiyirdilər. Məzhəb təəssübkeşliyi və kor inancları zorakılıq və qırgınlara çevirmək İraqda işğalçılıqla məşgul olan Amerikanın planlarından biri idi. Buna görə də, onlar təkfirçiləri İraqda gücləndirirdilər.

 

http://shabestan.ir/detail/News/611078

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده