خبرگزاری شبستان

سه شنبه ۲۲ آیان ۱۳۹۷

الثلاثاء ٥ ربيع الأوّل ١٤٤٠

Tuesday, November 13, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, January 22, 2017 Xəbər kodu : 28654

“Bəndəliyin bərəkəti” kitabı
Şəbistan Xəbər Agentliyi: “Bəndəliyin bərəkəti” kitabı Ayətullah Seyyid Rəhim Təvəkkül tərəfindən insanın həqiqi qulluq və bəndəçilik məqamına yetişməsi və bu yolda lazım olan göstərişlər barəsində dəyərli məlumatlar toplanan kitabıdır.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, “Bəndəliyin bərəkəti” kitabı Ayətullah Seyyid Rəhim Təvəkkül tərəfindən insanın həqiqi qulluq və bəndəçilik məqamına yetişməsi və bu yolda lazım olan göstərişlər barəsində dəyərli məlumat toplanan kitabıdır.

 

“Bəndəliyin bərəkəti” kitabı Ayətullah Seyyid Rəhim Təvəkkülün çıxışlarından götrülmüş və düzəlişlər edilərək oxucuya təqdim edilən dəyərli bir əsərdir.

 

Müəllif 61 məclisdə Allaha bəndəçilik, qulluq məqamına çatmaq barəsində söylədiyi fikirləri bu kitabda toplayaraq nəzm - intizama salmışdır. Əsərdə islam əxlaqının əsas prinsipləri Quran, rəvayət və tarixdən götrülmüş şirin hekayə və dastanlarla oxucuya çatdırılır.

 

Müəllifin bir neçə onilliklər elmi hövzələrdəki tədrisi, müəllimliyi, dini məsələlərdə yüksək ixtisas və bilgisi, müxatəb və dinləyicini gözəl tanıma qabliyyəti, habelə ictimaiyyətə lazım olan məsələləri dərindən dərk etməsi səbəb olmuşdur ki, kitabdakı materiallar düzgün şəkildə tənzim edilib əsaslandırılaraq qisa və konkret şəkildə oxucuya çatdırılsın.

 

Bizim yerinə yetirdiyimiz əməllər öz batin və daxili aləmimizdə təsir qoyur, əgər əməlimiz müsbət və yaxşıdırsa, batinimiz və daxinimizi nurlandırıb işıqlandırır, yox əgər əməlimiz mənfi və pisdirsə, batinimizi də zülmət və qaranlıga çevirir. Bizim xeyir və yaxşı əməli etmək tovfiqimiz elə batinimizin nə dərəcədə rövşən və işıqlı olmagına baglıdır. Hər nə qədər batinimiz nurani olsa, o qədər də Allah bizə bərəkət nazil edir və həmin qədər də batinimizin qaranlıgı bizə şər və ugursuzluqlar gətirir.

 

http://shabestan.ir/detail/News/603284

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده