خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, January 18, 2017 Xəbər kodu : 28618

Tövbə etməməyin iki böyük xətəri
Şəbistan Xəbər Agentliyi: Tövbədə səhlənkarlıq edən, onu gecikdirən və başqa bir vaxtı tövbə edərəm deyərək onu başqa vaxta atan insanlar iki böyük təhlükənin arasında qalacaqdır

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Əllamə Şeyx Bəhai yazır: Tövbədə səhlənkarlıq edən, onu gecikdirən və başqa bir vaxtı tövbə edərəm deyərək onu başqa vaxta atan insanlar iki böyük təhlükənin arasında qalacaqdır. Əgər onların birindən də yaxasını qurtarsa, o birisindən heç vaxt yaxasını qurtara bilməyəcəkdir. Birincisi budur ki, əcəl ona möhlət verməyəcək və (inincisi də budur ki,) öz qəflətindən özü də xəbərdar olmayacaq, bunu yalnız ölümü yetişəndə başa düşəcəkdir ki, fürsət əlindən çıxmışdır. Quran ayələri bunaşarə edir: Və bu gün onlar...bir günlük və bir saatlıq möhlət istəyərlər, lakin istəkləri qəbul edilməz. Necə ki, Allah – Təala buyurur: Sizin birinizin ölümü çatdıqdan sonra o halda həsrət ilə deyər: Ey Allah mənim əcəlimi bir az gecikdir.

Təfsir alimlərinin biri bu ayənin belə yazır: Can verən adamın gözlərinin qarşısından pərdə getdikdən sonra ölüm mələyinə deyər: Mənə möhlət ver ki, Allaha üzür gətirə bilim və tövbə edim və saleh əməl yerinə yetirim. Lakin ölüm mələyi ona deyər: Günləri zay elədin! O deyər: Bir saat mənə möhlət ver, ölümü bir saat gecikdir. Ölüm mələyi deyər: Saatları nabud etdin, indi bir saat möhlət istəyirsən? Sonra Tövbə qapısı onun üçün baglanar, ruhu və canı ilə odu dadar, həsrət və peşmançılıq şərbətini içər. Səbəbi də bundan ibarətdir ki, ömrünü zay edib. Bəlkə də imanını da ölüm ayagının qorxusu üzündən əlindən verəcəkdir.

 http://shabestan.ir/detail/News/601350

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده