خبرگزاری شبستان

دوشنبه ۴ بهمن ۱۳۹۵

الاثنين ٢٥ ربيع الثاني ١٤٣٨

Monday, January 23, 2017

Servis xəbərlərinin titri

Müsəlman sərmayədarlar üçün "halal qida" bazarında yaşıl işıq

Xorvatiyanın keçən il halal turizimdən əldə etdiyi gəlir 100 milyard dolları keçidikdən sonra bu ölkə Fars körfəzi ölkələrinin halal turizm sahəsində sərmayə yatıracaqlarına ümidvarlıq edib.

Servis Əsas səhifə Zaman :   Thursday, January 12, 2017 Xəbər kodu : 28549
İranın BMT-dəki səfiri:
Radikalizm və təkfirçilik dünyada zorakılığın iki əsas amilidir
Dünyanın şərq və qərbində eyni səviyyədə və eyni istiqamətdə inkişaf etmək və genişlənmək üzərə olan radikal, təkfirçi və ksenofobiya fikirləri dünyanı altına alan zorakılığın əsas amilləridir.

Şəbistan xəbər agentliyinin "iqna"ya istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) həftənin ikinci günü, 10 Yanvar 2017-ci il tarixində, yeni ilin ilk ayından bu şuranın rəisliyini üzərinə götürmüş İsveçin təklifi ilə "Əbədi Sülh və Münaqişəilərin Qarşısının Alınması" devizi ilə ilk müzakirə iclasını 90 ölkənin, o cümlədən İranın iştirakı ilə həyata keçirdi.

BMT-nin yeni baş katibi Antoniu Quterreş özünün TŞ-dakı ilk iştirakında münaqişələrin aradan götürülməsi, müharibələrinin qarşısının alınması və sülh yaradılması barədə ümumi strategiyalardan danışdı.

İran İslam Respublikasının BMT-dakı səfiri və nümayəndəsi Qumaləli Xoşru bu iclasdakı çıxışında BMT-nın yaranması hədəfinə ki, ölkələr arasında savaşın qarşısını almaqdır, işarə edərək dedi: Baxmayaraq ki, BMT bəzi ölkələrin arasında müharibə yaranmasının qarşısını ala bilib, amma etiraf etməliyik ki, bu gün dünyada zorakılıq halları azalmayıb ki, heç, hətta hər gün inkişaf edir və genişlənir.

Bu zorakılıq halları ölkələrin daxilində terrorizm, radikalizm, təkfirçilik və ksenofobiya formasında baş verməkdədir. Bu cinayətlərin hamısı beynəlxalq mütəşəkkil dəstələr tərəfindən həyata keçirilir ki, BMT bu dəstələrin qarşısını almaq və onlara mübarizə üçün planlaşdırılmamışdır.

Qulaməli Xoşru əlavə etdi: Amma diqqət etsək görəcəyik ki, "təcavüz" elə öz klassik və geniş yayılmış mənasında münaqişələrin əsas köküdür. Fələstinin məzlum xalqı əleyhinə həyata keçirilən sionist işğalı və təcavüzü, Amerikanın 2003-cü ildə İraqa hücumu, Suriyanın daxili işlərinə qarışması və Yəmən müharibəsi və s... hamısı təcavüzkarlıqdır, regionda və dünyada sülhü məhv etməkdədir.  

İran İslam Respublikasının BMT-dakı səfiri və nümayəndəsi Qumaləli Xoşru vurğuladı: Dünyanın şərq və qərbində eyni səviyyədə və eyni istiqamətdə inkişaf etmək və genişlənmək üzərə olan radikal, təkfirçi və ksenofobiya fikirləri dünyanı altına alan zorakılığın əsas amilləridir.

O əlavə etdi: BMT üzv ölkələrdən tələb etməlidir ki, bu yöndə gedən hər bir təbliğ və tərvicin və insanlar arasında irqi və dini tənəffürün yaranmasının qarşısını alsınlar. Bunun yerinə millətlər və dinlər arasında mədəni əlaqələrin genişlənməsini himayə etsinlər. 

Açar sözlər:
|
|
|

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده