خبرگزاری شبستان

دوشنبه ۴ بهمن ۱۳۹۵

الاثنين ٢٥ ربيع الثاني ١٤٣٨

Monday, January 23, 2017

Servis xəbərlərinin titri

Müsəlman sərmayədarlar üçün "halal qida" bazarında yaşıl işıq

Xorvatiyanın keçən il halal turizimdən əldə etdiyi gəlir 100 milyard dolları keçidikdən sonra bu ölkə Fars körfəzi ölkələrinin halal turizm sahəsində sərmayə yatıracaqlarına ümidvarlıq edib.

Servis Əsas səhifə Zaman :   Thursday, January 12, 2017 Xəbər kodu : 28548

Türkiyə Cəfəri Alimlər Birliyi Ayətullah Haşimi Rəfsəncaninin vəfatı münasibətilə başsağlığı verdi
Türkiyənin "Cəfəri Alimlər Birliyi" Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə başsağlığı ismarıcı ünvanladı.

Türkiyənin "Cəfəri Alimlər Birliyi" Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə başsağlığı ismarıcı ünvanladı.

"Beynəlxalq Quran Xəbər Agentliyi"nin İstambuldan verdiyi xəbərə görə, İran İslam Respublikasının sabiq prezidenti və "Sisteminin Məsləhətinin Təyini Şurası"nın sədri Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatının ardından Türkiyənin "Cəfəri Alimlər Birliyi" bu münasibətlə başsağlığı ismarıcı ünvanladı.

Başsağlığı ismarıcının mətni:

"İnna Lillahi Və İnna İləyhi Raciun".

Hamımız Allah tərəfindən yaradılmışıq və yenə də Allaha tərəf qayıdacağıq.

Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İran İslam Respublikasının və Şiə aləminin mühüm və böyük siyasi, dini və ictimai şəxsiyyətlərindən biridir və İslam İnqilabının ərsəyə gəlməsi və möhkəmlənməsi üçün mühüm rol ifa etmişdir. Onun vəfatı bizi çox hüznləndirdi və bizim qəm və kədərimizə səbəb oldu.

Türkiyənin "Cəfəri Alimlər Birliyi" o mərhum üçün Allah- Taaladan rəhmət diləyir və onun möhtərəm ailəsi, böyük və şərəfli İran xalqına və İslam İnqilabının Ali Məqamlı Rəhbərinə təsliyət deyir və bu böyük müsibətdə Allah- Taaladan onlar üçün səbir istəyir".  

Bunadan əlavə Türkiyənin tanınmış şiə ruhanisi, Cəfəri Alimlər Birliyinin rəisi və İstambulun Zeynəbiyyə Məscidinin İmam Cüməsi Səlahuddin Özgündüz də İran İslam Respublikasının sabiq prezidenti və "Sisteminin Məsləhətinin Təyini Şurası"nın sədri Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı münasibətilə başsağlığı deyib.   

  

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده