خبرگزاری شبستان

پنج شنبه ۲۳ آذر ۱۳۹۶

الخميس ٢٦ ربيع الأوّل ١٤٣٩

Thursday, December 14, 2017

Servis xəbərlərinin titri

İslami irşad və mədəniyyət nazirinin "Müdhammətan" Quran festivalına mesajı

Şəbistan xəbər agentliyi: İslami irşad və mədəniyyət naziri Seyyid Abbas Salihi "Müdhammətan" Quran müsabiqələrinin on ikinci dövrəsinin başlanması münasibəti ilə mesaj verdi.

Servis Əsas səhifə Zaman :   Wednesday, January 11, 2017 Xəbər kodu : 28547

Ayətullah Haşimi məscidlərə xüsusi önəm verərdi
Şəbistan Xəbər Agentliyi:Müsahibimiz Ayətullah Haşiminin məscidlərə xüsusi diqqətinə toxunaraq dedi: O İran Milli Məclisinin sədiri oldugu zamanlarda mədəni lahiyələrin qəbul və təsdiq edilməsində məscid məsələsinə xüsusi əhəmiyyət verər, dini və mədəni sahələrdə, xüsusən məscidə qayğı göstərmə məsələsində qəbul olunan layələri təsdiq edər və ya layihələ irəli sürərdi.

Höccətül - islam vəl - müslimin  Seyid Rıza Əkrəmi Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində Ayətullah Haşimi Rəfsancaninin vəzifədə oldugu vaxtlarda məscidlərə qaygısından danışdı: O İran Milli Məclisinin sədiri oldugu zamanlarda mədəni lahiyələrin qəbul və təsdiq edilməsində məscid məsələsinə xüsusi əhəmiyyət verərdi.

 

İranın prezidenti oldugu dönəmlərdə də 3 - cü və 4 - cü beşilliklərdə (inkişaf proqramlarında) dini və mədəni sahələrdə, xüsusən məscidə qayğı göstərmə məsələsində qəbul olunan layələri təsdiq edər və ya layihələ irəli sürərdi.
 

Ayətullah Haşimi Rəfsəncani İran İslam İnqilabının qələbəsindən qabaq mübarizəsini məscidlərdə təşkil edərdi. Bu bazadan düşüncə, fikirləri və İmam Xomeyni mövqe və ideyalarını camaata çatdırmaqda istifadələr edərdi.

Tehranda cümə namazını qıldıgı zamanlarda birinci xütbələrində həmişə dini məsələlərə toxunar və islamın ilk əsirlərində məscidin rolları ilə baglı söhbətlər edərdi. Habelə, Quran ayələri və rəvayətlər baxımından məscidin yeri haqqında danışar, qiymətli fikirlər söyləyərdi. Belə ki, onun cümə namazındakı çıxışları xalq və region dövlətlərinin bir həftəlik fikiri qidalanması hesab edilirdi.

 

http://shabestan.ir/detail/News/600679

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده