Servis Əsas səhifə |
|
Zaman : |
Wednesday, January 11, 2017 |
|
Xəbər kodu : |
28546 |
Şəbistan Xəbər Agentliyinin müxbiri xəbər verir:
Ayətullah Haşiminin nəşi qoyulmuş tabut səhər tezdən Tehran inistituna aparılır. Burada geniş xalq kütlələri inqilabın rəhbərlərindən birinin dəfn mərasiminə toplaşmışdılar. Rəsmi matəm və vidalaşma mərasimi başlayır. İranın bütün məsul şəxsləri, ictimai xadimləri və xalq ora toplaşmışdır. Yollar baglanmış, meydanlar dolmuşdur.
Mərasim başlayır... bir - bir tanınmış çöhrələr, məsul şəxsləri görürük, jürnalistlər onları kənara çəkib Ayətullah Haşimi Rəfsancani barəsində fikirlərin soruşur. Hamı xalqın möhtəşəm toplantısını mərhumun xalq arasında nüfuz və sevgisi kimi qələmə verir.
Bir çox yerlərdə xalqa təmannasız xidmət göstərən dayanacaqlar qurulmuşdur. Çay və ehsanlar paylanılır, uca səslə “salavat” çəkilir.
Mərhumun ailəsi, həyat yoldaşı və uşaqları da mərasimdə iştirak edir. İranın üç hakimiyyət qüvvəsinin rəhbərləri mərasim yerinə daxil olurlar. Ali dini lider Ayətullah Xamenei də gəlib çatır. O mərhuma cənazə namazı qılaraq dua edir. Cənazə çölə çıxarıldıqdan sonra xalqın əllərinin üstündə, xüsusi matəm maşınına qoyularaq paytaxt Tehranla müqəddəs Qum şəhərinin arasında yerləşən İmam Xomeyninin dəfn oldugu məqbərə kompleksinə tərəfə aparılır. Burda da milyonlar inqilabın mübariz simasını gözləyirdi. Ayətullah Haşimi inqilabın dahi rəhbəri İmam Xomeyninin kənarında torpaga tapşırılır.
http://shabestan.ir/detail/News/600611