خبرگزاری شبستان

سه شنبه ۲ خرداد ۱۳۹۶

الثلاثاء ٢٧ شعبان ١٤٣٨

Tuesday, May 23, 2017

Servis xəbərlərinin titri

Bizim seçkilərin mesajı milli birlik və beynəlxalq dialoq idi

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidenti deyib: İran xalqı cümə seçkilərində dünya demokratiyalarının ən yüksək səviyyəsində iştirak etdi.

Servis Əsas səhifə Zaman :   Wednesday, January 11, 2017 Xəbər kodu : 28544

İran- Ərəbistan Həcc danışıqları fevralın sonunda baş tutacaq
Şəbistan Xəbər Agentliyi: “Bu ilin dəvətnaməsi öncəki illər ilə müqayisədə çox fərqli bir tonda yazılmışdı və İİR-nın Həcc mərasimi üçün nəzərdə tutduğu şərtlər əsasında bu məktubun cavabı yaxın günlərdə veriləcəkdir”.

“İran həcc mərasimi ilə bağlı Səudiyyə Ərəbistanla müzakirələri fevral ayının sonunda aparacaq”.
 
Bunu Ali Rəhbər Ayətullah Xameneinin Həcc Mərasimindəki nümayəndəsi höccətül-islam Seyyid Qazi Əskəri deyib. 
 
Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül-islam Seyyid Qazi Əskəri deyib ki, İranın nümayəndə heyəti bu məqsədlə fevral ayının 23-də Səudiyyə Ərəbistana səfər edəcək. “Səfərin tarixi Səudiyyə tərəfiindən elan olunub və biz də həmin tarixdə ora səfər edəcəyik. Ümid edirik bu görüşdə onlarla müəyyən razılığa gələcəyik”
 
Qabaqcadan da xəbər verdiyimiz kimi, Höccətul- İslam vəl- müslimin Seyid Əli Qazi Əskər həftənin birinci günü Ərəbistanın İrana bu ilin Həcc mərasimi üçün rəsmi dəvətnamə göndərdiyini xəbər verərək deyib: Bu barədə Ərəbistanın Həcc məsulları ilə ikitərəfli danışıqlar aparmaq üçün hazırlıq işləri görülür.
 
O, vurğulayıb: Bu ilin dəvətnaməsi öncəki illər ilə müqayisədə çox fərqli bir tonda yazılmışdı və İİR-nın Həcc mərasimi üçün nəzərdə tutduğu şərtlər əsasında bu məktubun cavabı yaxın günlərdə veriləcəkdir.
 
Xatırladaq ki, 2015-ci ildə Minada baş verən faciə zamanı çox sayda iranlılın şəhid olmasının ardınca İranın Həcc və Ziyarət Təşkilatı 2016-cı ildə həcc mövsümündə iranlı hacıların təhlükəsizliyi və sağlamlığı ilə bağlı rəsmi Riyaddan zəmanət tələb etdi ki, bu tələb Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən qəbul olunmadı. Bunun ardınca İran 2016-cı ildə Həcc ziyarətinə zəvvar göndərmədi. Lakin buna baxmayaraq bir neçə ay öncə İranın Həcc və Ziyarət təşkilatının rəsmisi bildirmişdi ki, 2017-ci ildə Həcc mövsümündə iranlı zəvvarların həccə göndərilməsi ilə bağlı Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmağa hazırıq və çalışmalarımız davam edir. 
 
http://shabestan.ir/detail/News/600883
http://shabestan.ir/detail/News/600886
 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده