خبرگزاری شبستان

سه شنبه ۳۱ مرداد ۱۳۹۶

الثلاثاء ٣٠ ذو القعدة ١٤٣٨

Tuesday, August 22, 2017

Servis Əsas səhifə Zaman :   Wednesday, January 11, 2017 Xəbər kodu : 28543

Amerikanın Suriyada terrorçulara qarşı mübarizədə əməkdaşlığı sıfra bərabər oldub
Şəbistan Xəbər Agentliyi: Rusiyanın müdafiə naziri Sergey Şoyqu: ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası Suriyada terrorizm ilə mübarizədə heç bir paya malik olmayıb. Əksinə, böhranın dərinləşməsinə səbəb olub.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Sergey Şoyqu çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyində keçirilən iclasda ameriklı həmkarı tərəfindən Suriyada terrorizm ilə mübarizədə Rusiyanın rolu barədə Moskvanın ünvanına səsləndirdiyi fikirlərə reaksiya olaraq deyib: "Həmkarım tərəfindən səsləndirilən fikir, ölkələrin adlarını və  yerlərini səhv salmasaydı, doğru ola bilərdi.  Suriyada terrorizmə qarşı mübarizədə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Rusiyaya dəstəyi "sıfır" həddində olub və Vaşinqton Suriyada terrorizmə qarşı mübarizəyə heç bir dəstək verməyib. ABŞ-ın başçılıq etdiyi beynəlxalq anti-İŞİD koalisiyasının Suriyada Rusiya ilə əməkdaşlıq etməməsi, Rusiyanın öz imkanlarından maksimum istifadə etməsinə  və təyyarədaşıyan gəmisini Suriya sahillərinə göndərməsinə səbəb olub."

 

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov da bu iclasda çıxış edərək, Rusiyanın Suriyada terrorizm əleyhinə apardığı əməliyyatlar barədə qısa hesabat təqdim edib və deyib: "ABŞ-ın başçılıq etdiyi beynəlxalq anti-İŞİD koalisiyası Suriyada terrorizmə qarşı mübarizədə "hiss edilə biləcək" hər hansı bir nəticə əldə edə bilməyib. Və mövcud hesabatlara görə, bu koalisiyanın hava hücumlarında kifayət qədər sivil vətəndaş və dövlət qüvvəsi həlak olub. Halbuki, Rusiyanın həyata keçirdiyi əməliyyatlarda terrorçulara məxsus mindən çox hədəf məhv edilib və terrorçular ilə savaşda dövlət qüvvələrinə kifayət qədər dəstək göstərilib."

 

Rusiya prezidenti Vladimir Putin də cümə axşamı ABŞ-ın Suriyadakı qeyri-konstruktiv rolunu kəskin formada tənqid etdi: Həqiqətən, amerikalı şəriklərimizin Rusiyanın Suriyada beynəlxalq terrorizm əleyhinə mübarizədə atdığı addımları hansı əsasla tənqid etmələri dərk ediləsi deyil".

http://shabestan.ir/detail/News/600805

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده