خبرگزاری شبستان

یکشنبه ۸ اسفند ۱۳۹۵

الأحد ٣٠ جمادى الأولى ١٤٣٨

Sunday, February 26, 2017

Servis xəbərlərinin titri

Məhəmmd Əlinin oğlu Florida hava limanında sorğulandı

Dünya boksunun əfsanəsi Məhəmməd Əlinin oğlu ABŞ-ın Florida əyalətinin hava limanında saxlanılaraq "müsəlman olmaq" ittihamı ilə sorğulandı.

Servis Əsas səhifə Zaman :   Wednesday, January 11, 2017 Xəbər kodu : 28540

Tövbənin möhləti Həzrət Rəsulullahın (s) söhbətində
Şəbistan Xəbər Agentliyi: Tövbənin möhlət və son qəbul vaxtı barəsində gəlib bizə çatan hədislərdə də göstərilir ki, tövbə ölüm zamanı, ölüm qorxu və vəhşətinin bürüdüyü, nişanələrin üzə çıxdığı zamana kimi qəbul edilr.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Həzrət Rəsulullah (s) bir hədisdə buyurur: Allah bəndəsinin tövbəsini, madam ki qər - qər etməyib qəbul edir. 
 
Qər - qər can verən zaman xır - xır səsi çıxarmaq, xırıldamaq, canın hülquma çatması, bir sözlə ölümün haqlayıb “qəbzi – ruh”, yəni ruhun bəndəndən çıxması anıdır.
 
Tövbənin möhlət və son qəbul vaxtı barəsində gəlib bizə çatan hədislərdə də göstərilir ki, tövbə ölüm zamanı, ölüm qorxu və vəhşətinin bürüdüyü, nişanələrin üzə çıxdığı zamana kimi qəbul edilr. 
 
Quran ayələri də bunu təsdiq edir. Belə ki, Yunus surəsində Fironun tövbəsini məhz bu zaman baş verdiyinə görə qəbul edilmədiyi söylənilir: 
 
-وَ جاوَزْنا بِبَني‏ إِسْرائيلَ الْبَحْرَ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ وَ جُنُودُهُ بَغْياً وَ عَدْواً حَتَّى إِذا أَدْرَکَهُ الْغَرَقُ قالَ آمَنْتُ أَنَّهُ لا إِلهَ إِلاَّ الَّذي آمَنَتْ بِهِ بَنُوا إِسْرائيلَ وَ أَنَا مِنَ الْمُسْلِمينَآلْآنَ وَ قَدْ عَصَيْتَ قَبْلُ وَ کُنْتَ مِنَ الْمُفْسِدينَ
 
Və İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Firon və ordusu onları zülm və düşmənçilik üzündən təqib etdilər. Nəhayət o, boğulmaq halına gəlib çatanda dedi: «İsrail övladlarının iman gətirdiyindən başqa bir tanrının olmamasına iman gətirdim və mən təslim olanlardanam.»
(Ona deyildi): «İndimi (ki, tövbənin vaxtı keçmişdir)?! Halbuki, bundan qabaq itaətsizlik etdin və fəsad törədənlərdən idin». (Yunus surəsi, 90 – 91).
 
http://shabestan.ir/detail/News/598643
 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده