خبرگزاری شبستان

چهارشنبه ۷ تیر ۱۳۹۶

الأربعاء ٤ شوّال ١٤٣٨

Wednesday, June 28, 2017

Servis xəbərlərinin titri

İmam Zamanın (ə) dostlarının cərgəsinə qoşulmanın yolu

Şəbistan Xəbər Agentliyi: İmam Sadiq (ə) buyurur: “Hər kim İmam Mehdinin (ə) dostlarından olmaq istəyirsə, müntəzir olmalı və pərhizkarlığı (təqvanı) özünə peşə seçməlidir”.

Servis Əsas səhifə Zaman :   Wednesday, January 11, 2017 Xəbər kodu : 28539

Mərhum Haşimi Rəfsəncaninin yas mərasimi keçirildi
Şəbistan Xəbər Agentliyi: Ali rəhbərinin qədim dostu, silahdaşı və İslam Respublikası dövründə yaxın əməkdaşı Ayətullah Haşimi Rəfsəncaninin yas mərasimi onun tərəfindən və o həzrətin iştirakı ilə İmam Xomeyninin(r.ə) Hüseyniyəsində keçirilib.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, İslam inqilabının böyük rəhbərinin qədim dostu, silahdaşı və İslam Respublikası dövründə yaxın əməkdaşı Ayətullah Haşimi Rəfsəncaninin yas mərasimi islam inqilabının böyük rəhbəri tərəfindən və o həzrətin iştirakı ilə İmam Xomeyninin(r.ə) Hüseyniyəsində keçirilib.

 

Mərasimdə Ayətullah Haşimi Rəfsəncaninin ailə üzvləri və yaxınları, üçlük hakimiyyət orqanının başçıları, siyasi və hərbi rəsmilər, xarici ölkələrin rəsmiləri və müxtəlif xalq kütlələri iştirak ediblər.

 

Ayətullah Haşimi Rəfsəncaninin yas mərasimində Qurani kərimdən ayələr təlavət olunub və əhli-beyt(ə) məddahları mədhiyyələr oxuyublar.

 

Yax mərasimində Tehranın müvəqqəti imam cüməsi Ayətullah Müvəhhidi Kirmani Ayətullah Haşimi Rəfsəncaninin ən önəmli cəhətinin Allaha iman və haq yolunda müqavimətdən ibarət olduğunu bildirib.

 

Ayətullah Müvəhhidi Kirmani deyib: İran xalqı heç vaxt Haşimi Rəfsəncaninin Pəhləvi rejimi və zalım qüvvələr  ilə mübarizələrini eləcə də onun müxtəlif dönəmlərdə xüsusiylə müqəddəs müdafiə dövründə, parlament sədri, prezident və məsləhət şurasının sədri vəzifələrindəki xidmətlərini unutmayacaq.

 

Ayətullah Haşimi Rəfsəncani bazar günü axşam ürək infarktı keçirərək haqqın dəvətinə ləbbeyk demişdir.

 

http://shabestan.ir/detail/News/600803

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده