خبرگزاری شبستان

چهارشنبه ۷ تیر ۱۳۹۶

الأربعاء ٤ شوّال ١٤٣٨

Wednesday, June 28, 2017

Servis xəbərlərinin titri

İmam Zamanın (ə) dostlarının cərgəsinə qoşulmanın yolu

Şəbistan Xəbər Agentliyi: İmam Sadiq (ə) buyurur: “Hər kim İmam Mehdinin (ə) dostlarından olmaq istəyirsə, müntəzir olmalı və pərhizkarlığı (təqvanı) özünə peşə seçməlidir”.

Servis Əsas səhifə Zaman :   Tuesday, January 10, 2017 Xəbər kodu : 28536

Yıgıncaglarınızda İmam Zamanı (ə) yad edin
Şəbistan Xəbər Agentliyi: Həzrət Mehdi (ə)-ı xatırladan, onu yada salan məclislər təşkil edib, orada yaxşılıqlar, fəzilətlər, onun böyük şəxsiyyət və səciyyələri barəsində söhbətlər etsinlər.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Mikyalul - Məkarim kitabında yazılır: “Qeybət dövründə Həzrət Mehdi (ə)-ın yolunu gözləyən insanların vəzifə və təkliflərindən biri də budur ki, Həzrət Mehdi (ə)-ı xatırladan, onu yada salan məclislər təşkil edib, orada yaxşılıqlar, fəzilətlər, onun böyük şəxsiyyət və səciyyələri barəsində söhbətlər etsinlər. Beləliklə də, bir - birini məlumatlandırıb, təlimatlandırsınlar. O məclislərdə bu müqəddəs şəxsiyyət üçün dua edilsin və bu yolda mal və zəhmətlərini sərf etməkdən çəkinməsinlər, çünki bu işlər də Allahın dinini yayıb, təblig etmək, Allahın kəlamını ucaldmaq, təqva və dini vəzifə yolunda bir - birinə kömək etmək, dinin atributlarını yaşatmaq, dini mərasimlər qurmaq, bir sözlə Allahın yer üzündəki vəli və xəlifəsinə kömək etmək sayılır”.
 

Bu zikir edilənlərdən əlavə, belə məclislərin başqa faydalarını da saymaq olar. İmam Sadiq (ə)-ın söylədiyi bu hədis onlardan biridir: İmam Sadiq (ə) buyurur: Bir - birinizin görüşünə gedin, çünki bu görüş və baş çəkmələr sizin qəlblərinizi dirildər. Bizim kəlamlarımızı xatırlamaq və təkrarlamaga səbəb olar. Bizim sözlərimiz və bizim hədislərimiz sizin bəzilərinizlə bəzilərinizin arasında daha həmrəylik, birlik və mehribanlıga səbəb olar. Əgər bizim sözümüzü qəbul etdiniz və onlara əməl etdiniz, hidayət olunacaqsız və qurtuluş tapacaqsız. Əgər bizim sözlərimizi buraxıb, bir kənara atsanız yolunuzdan çaxıb, azgın olacaqsız və beləliklə həlakətə ugrayacaqsız. Deməli, siz bizim söz və hədislərimizi qəbul etməlisiz, ona əməl etməlisiz. Mən də sizin zamininiz və xilas olmaq üçün üzərinə öhdəlik götürmək şəxs olaram.

 

http://shabestan.ir/detail/News/600580

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده