خبرگزاری شبستان

سه شنبه ۳۱ مرداد ۱۳۹۶

الثلاثاء ٣٠ ذو القعدة ١٤٣٨

Tuesday, August 22, 2017

Servis Əsas səhifə Zaman :   Tuesday, January 10, 2017 Xəbər kodu : 28535

Ayətullah Rəfsəncaninin dəfn mərasimində İraq dövlət rəsmiləri yaxından iştirak edib
Şəbistan xəbər agentliyinin verdiyi xəbərə görə, İran İslam Respublikasının "Sistemin Məsləhətinin Təyini Şurası"nın sədri mərhum Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin dəfn mərasimi xarici media və mətbuatda da geniş miqyasda işıqlandırılıb.

Şəbistan xəbər agentliyinin verdiyi xəbərə görə, İran İslam Respublikasının "Sistemin Məsləhətinin Təyini Şurası"nın sədri mərhum Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin dəfn mərasimi xarici media və mətbuatda da geniş miqyasda işıqlandırılıb.

Bir çox xarici dövlətlər, o cümlədən Amerika xarici işlər nazirliyi də başsağlığı ismarıcı göndərsə də qonşu Ərəbistan başsağlığı deməyib, əvəzində isə İraq dövlət rəsmiləri gözəçarpacaq dərəcədə yaxından iştirak ediblər.

İran İslam Respublikasının "Sistemin Məsləhətinin Təyini Şurası"nın sədri və İranın keçmiş prezidenti Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində xarici qonaqlar, o cümlədən İraqın Xarici İşlər Naziri İbrahim Cəfəri və İraqın Milli Koalisiyasının rəhbəri Əmmar Həkim də iştirak ediblər. 

İraq dövlət rəsmilərindən mütəşəkkil bir heyət dəfn mərasimində iştirak etmək üçün dünəndən Tehrana gəlmiş və bu gün dəfn mərasimində yaxın iştirak ediblər.

Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin dəfn mərasimi xarici media və mətbuatda da geniş miqyasda işıqlandırılıb.

Frans Press xəbər agentliyi yazıb: İran İslam Respublikasının "Sistemin Məsləhətinin Təyini Şurası"nın sədri və İranın keçmiş prezidenti Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində on minlərlə insan iştirak edib.

APTN peyk tv kanalı Tehrandan birbaşa yayımladığı videoxəbərdə İran İslam Respublikasının "Sistemin Məsləhətinin Təyini Şurası"nın sədri və İranın keçmiş prezidenti Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin dəfn mərasimini işıqlandırıb.

"Əl-Məyadin", "əl-Cəzirə", "Mübaşir", "Frans24", "əl-Cəzirə (İngilis dilli)", BBC, Yevro-Nyuz və digər peyk tv kanalları İran İslam Respublikasının "Sistemin Məsləhətinin Təyini Şurası"nın sədri və İranın keçmiş prezidenti Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin dəfn mərasimi birbaşa canlı yayımla işıqlandırıblar.

Qeyd edək ki, İran İslam Respublikasının "Sistemin Məsləhətinin Təyini Şurası"nın sədri və İranın keçmiş prezidenti Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində xarici qonaqlar, o cümlədən İraqın Xarici İşlər Naziri İbrahim Cəfəri və İraqın Milli Koalisiyasının rəhbəri Əmmar Həkim də iştirak ediblər. 

http://shabestan.ir/detail/News/600659

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده