خبرگزاری شبستان

چهارشنبه ۲۶ مهر ۱۳۹۶

الأربعاء ٢٨ المحرّم ١٤٣٩

Wednesday, October 18, 2017

Servis xəbərlərinin titri

Aşura ziyarəti İmam Hüseynlə (ə) mənəvi birliyin nümayişi (4-cü hissə)

Aşura ziyarətindəki lənətlər kin-küdurət üzündən deyil

Şəbistan xəbər agentliyi: Ya İmam Hüseyn (ə)! Mən sizin xəttinizdən ayrı xəttə nifrət bəsləməklə bəndəliyimi möhkəm edirəm. Bu nifrət vasitəsi ilə sizə tərəf gəlirəm. Çünki, cəhətsiz nifrətlər insanı sıxır və yorur.

Servis Əsas səhifə Zaman :   Tuesday, January 10, 2017 Xəbər kodu : 28527
İranlıların izdihamlı iştirakı ilə;
İslam İnqilabının Rəhbəri bu gün səhər Ayətullah Rəfsəncaninin cənazə namazını qıldı
Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin cənazə namazı bu gün, səhər saatlarında İslam İnqilabının Ali Rəhbəri Ayətullah Üzma Xamenei və xalqın izdihamlı iştirakı ilə Tehran universitetində qılındı.

Şəbistan xəbər agentliyinin verdiyi xəbərə görə, İran İslam Respublikasının keçmiş prezidenti və "İslam Cümhuriyyətinin Məsləhətinin Təyini Şurası"ın sədri mərhum Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin cənazə namazı bu gün səhər, 10 Yanvar 2016-cı il, saat 8:30-da, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Üzma Xamenei, bütün dövlət rəsmiləri, xarici qonaqlar və xalqın izdihamlı iştirakı ilə Tehran universitetində qılındı.

Mərasim Quran-Kərimin tilavəti ilə başlayıb və cənazə namazından sonra Dünya Müsəlmanlarının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin başsağlığı ismarıcı qiraət edilib və daha sonra isə əzadarlıq mərasimi keçirilib.

Səhər saat 10:00-da isə İslam İnqilabının Ali Rəhbəri Ayətullah Üzma Xamenei cənabları öz keçmiş dostu və inqilab illərində mübarizə yoldaşının cənazəsi ilə vidalaşmaq üçün cənazəni ölkə rəsmiləri və xalq ilə birlikdə Tehran universitetindən İmam Xomeyninin (r.ə) hərəmi istiqamətində müşayət ediblər.

Qeyd edək ki, İran İslam Respublikasının keçmiş prezidenti və "İslam Cümhuriyyətinin Məsləhətinin Təyini Şurası"ın sədri mərhum Ayətullah Əliəkbər Haşimi Rəfsəncani keçən həftənin bazar günü qəlb infarktı səbəbi ilə xəstəxanaya yerləşdirilmiş və axşam saatlarında isə 82 yaşında ikın vəfat etmişdi.  

İran dövləti bu münasibətlə ölkədə 3 gün ümumi əzadarlıq elan edib. Həmçinin bu münasibətlə sabah, həftənin 3-cü günü, Yanvar ayının 11-də, İran vaxtı ilə saat 9:30-dan 12:00-dək İslam İnqilabının Ali Rəhbəri Ayətullah Üzma Xamenei cənabları tərəfindən "İmam Xomeyni (r.ə) Hüseyniyyəsi"ndə əzadarlıq mərasimi keçiriləcəkdir.      

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده