خبرگزاری شبستان

یکشنبه ۸ اسفند ۱۳۹۵

الأحد ٣٠ جمادى الأولى ١٤٣٨

Sunday, February 26, 2017

Servis xəbərlərinin titri

Məhəmmd Əlinin oğlu Florida hava limanında sorğulandı

Dünya boksunun əfsanəsi Məhəmməd Əlinin oğlu ABŞ-ın Florida əyalətinin hava limanında saxlanılaraq "müsəlman olmaq" ittihamı ilə sorğulandı.

Servis Əsas səhifə Zaman :   Tuesday, January 10, 2017 Xəbər kodu : 28525

Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimi
Şəbistan Xəbər Agentliyi: İranın məsləhət şurasının mərhum sədri Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinin dəfn mərasimi Tehran universitetində başlanıb.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinə meyit namazını islam inqilabının böyük rəhbəri Ayətullahül-üzma Xamenei qılacaq. 
Ayətullah Haşimi Rəfsəncaninin cənazəsi Tehran üniversitetində müşayiət olunduqdan sonra İmam Xomeyninin(r.ə) pak məqbərəsində torpağa veriləcək. 
Mərasimdə hakimiyyətin üçlük güclərinin rəhbərləri, məsləhət şurasının üzvləri, Xobreqan Məclisinin və islami şura məclisinin nümayəndələri, hərbi və polis komandanları , İranın müxtəlif şəhərlərinin imam cümələri, Prezidentin müavinləri və nazirlər, icra başçıları və sayir siyasi və hərbi vəzifəli adamlar iştirak edirlər. 
Mərasimə həm də bəzi xarici ölkələrin Tehrandakı səfirləri və İran İslam Respublikasının bəzi digər ölkələrdəki səfirləri eləcədə xarici qonaqlar da qatılıblar. 
İslami İranın qədrşünas xalqı İmam Xomeyni(r.ə) və İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin qədim yoldaşı və islami hərəkatın öncül mübarizi olan Ayətullah Haşimi Rəfsəncani ilə vidalaşmaq üçün Tehran üniversitetinə toplaşıb.
Ayətullah Haşimi Rəfsəncani bazar günü axşam ürək infarktı keçirərək Tehranda xəstəxanada dünyasını dəyişdi. 
http://shabestan.ir/detail/News/600614
 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده