خبرگزاری شبستان

سه شنبه ۲ خرداد ۱۳۹۶

الثلاثاء ٢٧ شعبان ١٤٣٨

Tuesday, May 23, 2017

Servis xəbərlərinin titri

Bizim seçkilərin mesajı milli birlik və beynəlxalq dialoq idi

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidenti deyib: İran xalqı cümə seçkilərində dünya demokratiyalarının ən yüksək səviyyəsində iştirak etdi.

Servis Əsas səhifə Zaman :   Monday, January 09, 2017 Xəbər kodu : 28523

Həzrəti Məsumənin (s) hərəmi alimlər ocagıdır
Şəbistan Xəbər Agentliyi: Əhli – Beytin bu səxavətli qadını fəzilətlər və mənəvi üstünlüklər sərçeşməsi idi.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Məhəmməd Höccəti Həzrəti Məsumənin (s) dünyadan gedməsinin dönəmi ilə əlaqədar müxbirimizlə söhbətində dedi: Əhli – Beytin bu səxavətli qadını fəzilətlər və mənəvi üstünlüklər sərçeşməsi idi.

O Həzrəti Məsumənin elmi və əməli cəhətdən yüksək məqamlara ucala bilməyini, ruhu təkamülününü səbəbini məsum imamlarının kənarında tərbiyə olunmagı və birbaşa onların təlimlərindən istifadə etməyində gördü və bildirdi ki, bu xanımın ən böyük fəzilətlərindən biri vəhy, peygəmbərlik və imamət xanadanına baglılıgıdır. Belə ki, o xanımın ziyarətnaməsində “Peygəmbərin qızı”, “ vəliyullahın qızı”, “vəliyullahın bacısı” və “vəliyullahın bibisi“deyə ona müraciət edilir.

 

Ayətullah qeyd etdi ki, İmam Rza (ə)-ın Məşhəd şəhərinə sürgün edildiyindən bir il sonra Həzrəti Məsumə (s) qardaşını görmək və imamın kənarında olmaq üçün qürbət ellərə üz tutur. Yolda, Savə şəhərində Əhli – Beytin (ə) düşmənləri ilə üzləşir, sonra Qum istiqamətinə hərəkət edir. Musa ibn Xəzrəcin evində məskunlaşır.
 

O zamanın Qum sakinləri tərəfindən yüksək qarşılanan Həzrəti Məsumə (s) yalnız 17 gün bu şəhərdə yaşayır, sonra isə dünyadan gedib, bu şəhərdədə dəfn edilir.

 

Alim Əhli - Beytin (ə) bu səxavətli və alicənab xatununun müqəddəs ziyarətgahını din alimləri və mütəfəkkirlərinin möhkəm ipi, sıgınacagı və elm ocagı adlandırdı.

 

http://shabestan.ir/detail/News/600469

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده