خبرگزاری شبستان

یکشنبه ۸ اسفند ۱۳۹۵

الأحد ٣٠ جمادى الأولى ١٤٣٨

Sunday, February 26, 2017

Servis xəbərlərinin titri

Məhəmmd Əlinin oğlu Florida hava limanında sorğulandı

Dünya boksunun əfsanəsi Məhəmməd Əlinin oğlu ABŞ-ın Florida əyalətinin hava limanında saxlanılaraq "müsəlman olmaq" ittihamı ilə sorğulandı.

Servis Əsas səhifə Zaman :   Monday, January 09, 2017 Xəbər kodu : 28520

Allahşükür Paşazadə başsağlığı verib
Şəbistan Xəbər Agentliyi: Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının sabiq prezidenti, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfat etməsi ilə əlaqədar bu ölkənin Ali Dini rəhbəri Ayətullah-üzma Seyid Əli Xamneyiyə başsağlığı məktubu ünvanlayıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının sabiq prezidenti, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfat etməsi ilə əlaqədar bu ölkənin Ali Dini rəhbəri Ayətullah-üzma Seyid Əli Xamneyiyə başsağlığı məktubu ünvanlayıb

 

 QMİ-dən APA-ya verilən məlumata görə, məktubda Şeyxülislamın Ayətullah Haşimi Rəfsəncaninin vəfatı haqqında xəbərdən sarsıldığı qeyd olunub. QMİ sədri Azərbaycan müsəlmanları və öz adından mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına dərin hüznlə başsağlığı verib: 

“Ayətullah-üzma Xomeyninin dəyərli ardıcıllarından olan Ayətullah Haşimi Rəfsəncani öz adını İran İslam Respublikasının şanlı tarixinə həkk etdirməyə qadir olmuş dəyərli şəxsiyyətlərdən idi. Uzun illər ərzində fəaliyyəti ağayi Rəfsəncanini müdrik dövlət və din xadimi kimi səciyyələndirir. Bu müdrik şəxsiyyətin İran və Azərbaycan xalqları və dövlətləri arasında əlaqələrin yüksək səviyyəsi üçün səy və əməlləri heç bir vaxt xatirimizdən silinməz. Azərbaycan müsəlmanları bu ağır itkinin kədərini Sizlərlə bölüşürlər, məscidlərdə Quran oxunur, mərhumun ruhuna dualar edilir”.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده