خبرگزاری شبستان

دوشنبه ۴ بهمن ۱۳۹۵

الاثنين ٢٥ ربيع الثاني ١٤٣٨

Monday, January 23, 2017

Servis xəbərlərinin titri

Müsəlman sərmayədarlar üçün "halal qida" bazarında yaşıl işıq

Xorvatiyanın keçən il halal turizimdən əldə etdiyi gəlir 100 milyard dolları keçidikdən sonra bu ölkə Fars körfəzi ölkələrinin halal turizm sahəsində sərmayə yatıracaqlarına ümidvarlıq edib.

Servis Əsas səhifə Zaman :   Monday, January 09, 2017 Xəbər kodu : 28519

Azərbaycan prezidenti İran rəhbərliyinə başsağlığı verib
Şəbistan Xəbər Agentliyi :Prezident İlham Əliyev İranın keçmiş prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar Ali rəhbər Ayətullah Xamenei və hazırkı prezident Həsən Ruhaniyə başsağlığı verib

İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.
 
Şəbistan Xəbər Agentliyinin məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
“Hörmətli cənab Prezident, İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi. İran İslam İnqilabının qələbə çalmasında fəal iştirak etmiş Əli Əkbər Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfə verib. Onun əziz xatirəsi daim yaşayacaq. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.
 
Dövlət başçısı həmçinin Ali rəhbər Ayətullah Seyid Əli Xameneyiyə də başsağlığı verib: “Möhtərəm Ayətullah Xameneyi həzrətləri, İran İslam Respublikasının keçmiş prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bütün fəaliyyəti və həyat yolu ilə dövlətinə və xalqına sədaqət nümunəsi göstərmiş Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani müdrik və uzaqgörən siyasətçi kimi tanınıb. Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə böyük töhfə verib. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده